yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

AZAL Azərbaycanda sıxışdırdı, çıxıb Ermənistana getdi - Bir Cahangir Əsgərov "şedevri"

AZAL Azərbaycanda sıxışdırdı, çıxıb Ermənistana getdi - Bir Cahangir Əsgərov
21-04-2017, 11:33 83 615 dəfə baxılıb
yüklənir...

Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus” İstanbuldan İrəvana uçuş həyata keçirəcək.
Bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, iyunun 1-dən etibarən “Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.
Xatırladaq ki, “Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə, AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu.
Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” ötən ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. “Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü. Amma…
AZAL hər yola atıb, bu şirkəti də ölkədən qaçırmağa nail olmuşdu. Çünki ucuz bilet təklif edən şirkətlər AZAL-a qəti sərf etmir. Uçuş biletlərini maksimum qiymətə satan AZAL illərdir ki, bu sistemlə işləyir. Vətəndaşların narazılığı isə heç bir fayda vermir.
Bu səbəbdən ölkə xaricinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları uçuş biletlərini Gürcüstandan alırlar. Bu üsulla uçmaq qat-qat ucuz başa gəlir. İllərdir ki, başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır və bunun sayəsində böyük pullar qazanılır.
İndi isə ölkəmizdə işləməyə imkan verilməyən “Pegasus” şirkəti Ermənistana ayaq açıb və rahat şəkildə uçuşlarını həyata keçirəcək.

Skrom.net


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ