SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şeyx halallıq vermir, komitə göz yumur: “Ovçular” xalqa nə kolbasası yedirir?

Şeyx halallıq vermir, komitə göz yumur: “Ovçular” xalqa nə kolbasası yedirir?

Tarix:

19-01-2017, 00:09

/ 1 983 dəfə oxundu.
Şeyx halallıq vermir, komitə göz yumur: “Ovçular” xalqa nə kolbasası yedirir?

Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir.

İnternet üzərindən növbəti araşdırma zamanı bu dəfə “Ovçular” kolbasa firması diqqət çəkib. Hər bir istehlakçı aldığı məhsulun keyfiyyətinə etibar etmək, ailəsinə və övladına yedirdiyi məhsulun mənşəyinin təmiz olduğuna inanmaq istəyir.

Amma internetdə axtarış zamanı, eləcə də mağazalarda satıcıların məsləhətini dinləyərkən hansısa kolbasa şirkətinə güvənmək olmur.

Məlum olur ki, kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir. Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.

Xatırladaq ki, o zaman MMC Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya", "Servelat", "Moskovskiy servelat", "Oxotniçaya", "Lyubitelskaya", "Doktorskaya", "Halal bərəkət", "Halal", "Domaşniy", "Halal ovçular" kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.

Həmin ərəfədə "Ovçular ət və ət məhsulları" MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi. Monitorinqlərimiz göstərir ki, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi baş verməyib.

Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda “at oynadırlar”. "Ovçular ət və ət məhsulları" MMC-nin məhsullarından satıcılar da şikayət edirlər.

Onların sözlərinə görə, "Ovçular ət və ət məhsulları"na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.

Növbəti araşdırma zamanı o da aydın olub ki, 2 il qabaq üzərində “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxıb.

Bu da şirkətə olan inamı sarsıdıb. Maraqlıdır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələdə məsuliyyətsizlik edir. Hətta iddialara görə, komitə kolbasa və digər istehsalat müəssisələri ilə bazarlığa getməklə nöqsanlara göz yumur.

Bu da istehsalçıları arxayın edir ki, bazara istənilən məhsulu çıxarmaq olar. Çox güman ki, onlar öz ailəsinə bu məhsullardan alıb aparmır. Həmçinin, Qafqaz Müsəlmanlar İdarəsinin bu firmaya hallalıq sertifikatı vermədiyi deyilir.

Şərhlər

XƏBƏR LENTİ