SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baş Qərargah yenidən qurulur? 20-dən artıq zabit çıxarılıb

Baş Qərargah yenidən qurulur? 20-dən artıq zabit çıxarılıb

Tarix:

1-04-2017, 14:48

/ 33 474 dəfə oxundu.
Baş Qərargah yenidən qurulur? 20-dən artıq zabit çıxarılıb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahından yüksək vəzifəli generalların istefaya göndərilməsinin əsas səbəbi bu il fevralın 24-25-də cəbhə xəttində yaşanan hadisələrdir. Bu barədə „Xəzər“ Hərbi Tədqiqatlar İnstitutunun məlumatında bildirilir.
Xatırladaq ki, Azərbaycan mediasının yazdığına görə, martın 28-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov istefaya göndəriliblər. İstefaya göndərilənlər arasında baş qərargahdan polkovnik Murad Həmidov da var.
Qurumun məlumatına görə, vəzifədən çıxarılan Eyvaz Cəfərov, Elbrus Orucov və Murad Həmidov fevral əməliyatlarının həyata keçirilməsinə birbaşa cavabdeh şəxs olublar. „Söz yox ki, onlara baş qərargah rəisi Nəcməddin Sadıkov rəhbərlik edib. Amma son məlumat ondan ibarətdir ki, Sadıkov özünü qorumaq üçün 20-dən artıq yüksək rütbəli zabiti qurban verib“, – deyə məlumatda bildirilir.
Xəzər İnstitutunun məlumatına görə, cəbhə xəttində son toqquşma zamanı baş verən bir sıra uğursuz addımların nəticəsində Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyinin məsuliyyəti bu ilin mart ayının əvvəllərindən hakimiyyətin müzakirə hədəfinə çevrilib.
„Hələlik konkret bəlli deyil ki, hansı plan üzrə uğursuzluq olub. İlkin məlumatlar ondan ibarətdir ki, qarşıya qoyulan məqsədlərə nail olunmayıb. Əksinə ciddi canlı qüvvə və hərbi əmlak itkisi olub. Bəllidir ki, fevral hadisələrindən az sonra Müdafiə Nazirliyində Prezident Adminstrasiyasının nümayəndələri ilə uzun sürən müzakirə aparılıb və Baş Qərargah rəisi Nəcməddin Sadıkov hədəfə tuş gəlib. Ona tapşırılıb ki, qısa müddət ərzində günahkarların tapılıb cəzalandırılması işi həyata keçirilsin. Bunun nəticəsində mart ayında Baş Qərargahın 20-dən artıq yüksək rütbəli zabitinin vəzifədən çıxarılması qərara alınıb“, – deyə İnstitut bildirir.
„Başqa bir məlumatda bildirilir ki, hakimiyyət Silahlı Qüvvələrin Baş Qərargahını yenidən qurmaq qərarı verib. Bu səbəbdən yaxın vaxtlarda Nəcməddin Sadıkovun özünün vəzifədə qalıb-qalmamasının müzakirə edilməsi gözlənilir“, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, vəzifədən çıxarılan zabitlərin adları əvvəlcə bir çox yerli mətbuatda işıq üzü görsə də, sonradan Müdafiə Nazirliyinin göstərişi ilə onların adları çıxarılıb.

Şərhlər

XƏBƏR LENTİ