SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rasim Məmmədov tədbir iştirakçılarına etiraz edib, məclisi tərk etdi - ŞOK

Rasim Məmmədov tədbir iştirakçılarına etiraz edib, məclisi tərk etdi - ŞOK

Tarix:

1-04-2017, 10:48

/ 34 940 dəfə oxundu.
Rasim Məmmədov tədbir iştirakçılarına etiraz edib, məclisi tərk etdi - ŞOK

Məlum olduğu kimi 31 mart Azərbaycanlıların Soyqırımı günüdür. Bu münasibətlə Azərbaycanda olduğu kimi bütün dünya ölkələrində silsilə tədbirlər təşkil olunur. Ötən gün Dünya Azərbaycanlıları Konqresi və Milli Təşəbbüs Mərkəzinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı: Bitməyən erməni vəhşiliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə bir çox ictimai xadimlər, siyasətçilər, partiya və təşkilat şədrləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan DAK sədri Sabir Rüstəmxanlı, 31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı geniş danışıb. Daha sonra isə çıxış üçün söz Xalq Cəbhəsi dövründə Müdafiə Naziri vəzifəsində işləmiş Rəhim Qazıyevə verilmişdir. Tədbir təşkilatçılarının Rəhim Qazıyevi yüksək səviyyədə məclis iştirakçılarına təqdim edilməsi narazılığa səbəb olub. Belə ki, tədbirdə iştirak edən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov yerindən duraraq, kəskin şəkildə etirazını bildirib. Rasim Məmmədov, Rəhim Qazıyevin sanki "milli qəhraman" kimi təqdim olunması 31 mart soyqırım qurbanlarına hörmətsizlik kimi qiymətləndirib. O qeyd edib ki, Şuşa getsə başıma bir güllə vuraram deyən və müdafiə naziri olduğu dövrdə Azərbaycan torpaqlarının işğal olunaraq, düşmən tapdağı altına keçdiyi bir dövrdə ordunun başında olan şəxsin belə təqdim olunması cəmiyyətimiz üçün utancvericidir. Gecə-gündüz Azərbaycan dövlətinin və dövlətçiliyin əleyhinə danışan insana cəmiyyətimizdə yer yoxdur. Çünki Rəhim Qazıyev Azərbaycan dövlətinin liderinə durmadan iftiralar atır və görülən əvəzolunmaz işləri kölgə altına salmağa çalışır. Belə şəxslərin məqsədləri bütün cəmiyyətə aydındır və onlar belə iyrənc iftiraları ilə özlərini gözdən salırlar. Şuşanın işğal olunmasında xalqın qarşısında duraraq söz verən və verdiyi sözdən boyun qaçıran şəxsin Azərbaycan cəmiyyətinə "qəhrəman" kimi sırınması ən azından şəhidlərin ruhuna hörmətsizlikdir. Müharibə dövründə torpaqların satılmasında böyük rolu olan Rəhim Qazıyevin tədbirlərdə iştirakı yolverilməzdir və məclis iştirakçılarına hörmətsizlikdir ifadələrini işlədən Rasim Məmmədov tədbiri tərk edib.


xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ