SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “İlham Qasımov və ətrafı dələduzluqla məşğul olub” - İDDİA

“İlham Qasımov və ətrafı dələduzluqla məşğul olub” - İDDİA

Tarix:

18-01-2017, 19:08

/ 5 331 dəfə oxundu.
“İlham Qasımov və ətrafı dələduzluqla məşğul olub” - İDDİA

Dələduzluqda təqsirləndirilərək Bakı
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan
məhrum edilmiş “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun
həmin hökmdən apellyasiya şikayəti verməsi və s. barədə geniş yazı
təqdim olunmuşdur. Yazıda bildirilirdi ki, İlham Qasımovun bundan
əvvəl dəfələrlə dələduzluq əməllərinə görə barəsində cinayət işi
qaldırılıb... Lakin o, hər dəfə layiqli cəzasını almayıb, müxtəlif
yollarla bu məsuliyyətdən yaxasını qurtara bilib. Lakin sonuncu dəfə
onun tanınmış iş adamı və xeyriyyəçi, şair Gülağa Tənhaya qarşı
etibardan sui-istifadə və dələduzluq əməlinə görə prokurorluq
orqanlarına verilib... Sonra onun cinayət işinə Bakı Ağır Cinayətlər
Məhkəməsində baxılıb və hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən
məhkəmə prosesində İlham Qasımob 15 il müddətinə azadlıqdan məhrum
edilib... Ötən ilin iyun ayında həbs edilən İlham Qasımov Az. Cinayət
Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə təqsirli bilinirdi...

Çətin məqamlarda “sudan quru çıxmaq” azarı...

Amma məsələ ondadır ki, İlham Qasımov Bakı Apellyasiya Məhkəməsində
bu dəfə də vəziyyətdən çıxmaq üçün yollar axtarır. “Təzadlar”a daxil
olan məlumatlarda da qeyd edilirdi ki, onun vəkili adı çəkilən
məhkəmənin hakimlərindən biri ilə qanunsuz sövdələşməyə girərək şərti
cəza ilə azadlığa şıxmaq istəyir. Amma etibarından sui-istifadə etdiyi
Gülağa Tənha çətin ki, onun bu dəfəki planının baş tutmasına imkan
versin... Axı su çanağı nəhayət ki, suda sınmalıdır!

İlham Qasımov Beyləqanın sabiq prokuror köməkçisini necə şərləyib?

Yuxarıda qeyd olunan yazıdan sonra redaksiyanın elektron poçtuna və
yazının şərh hissəsinə məktub və mesajlar daxil oldu. Bu məktublardan
birinin müəllifi isə vaxtilə Beyləqan rayon Prokurorluğunun böyük
köməkçisi işləmiş, dələduzluq cinayəti törətdiyinə görə bir zamanlar
İlham Qasımovu həbs etmiş Oqtay Kamalov idi. Biz Oqtay Kamalovun bu
barədə ətraflı aşıqlama verməsini xahiş etdik. Redaksiyamıza müraciət
edən Oqtay Kamalovdan bəzi suallara cavab verməsini xahiş etdik:
-Oqtay müəllim, tezadlar.az saytında yayımlanmış yazıya şərhinizi də
oxuduq. Məlum olur ki, siz hələ uzun illər əvvəl İlham Qasımova
cinayət işi başladaraq onun həbsinə sanksiya vermisiniz. Bu necə baş
vermişdir?
- Bildiriəm ki, İlham Qasımovun hüquq-mühafizə orqanlarında işləyən
şəxslərlə yaxınlıq edərək, bir növ onların himayəsinə sığınması, özünə
sərf etmədiyi hallarda isə düşmən mövqeyinə keçərək, şər-böhtan
kampaniyasına başlaması onun həyatında daimi olaraq bir metod kimi
istifadə olunmuşdur. Belə ki, rəhmətə getmiş polis general-mayoru
Rasim Musayev müxtəlif rəhbər vəzifələrdə - Binəqədi, Cəlilabad, Gəncə
şəhərlərində, eləcə də, Daxili İşlər Nazirliyində İdarə rəisi
işləyərkən ona sığınaraq özünü bir növ sığortalamış, Rasim Musayevin
həyatının son aylarında isə ondan gözlənilmədən uzaqlaşmış, yas
mərasimlərində də belə İlham Qasımovu görən olmamışdır. Yəni, o, bəzi
vəzifəli şəxslərlə yaxınlıq edərək onlardan özünün qanunsuz
əməllərinin pərdələnməsində və qanunsuz əməllərinə görə məsuliyyətdən
yayınmaqda bu münasibətlərdən istifadə etmişdir...
-Siz Beyləqan rayon prokurorunun böyük köməkçisi işləyərkən onun
həbsinə sanksiya vermişdiniz, amma...
-Bəli, İlham Qasımov hələ 1997-ci ildə Beylaqan Üzüm Emalı zavodunun
direktoru olarkən rayonun sabiq prokuroru Fərhad Cavadova sığınmış,
lakin vəzifədən sui-istifadəsinə görə həmin rayon prokurorunun böyük
köməkçisi işlədiyim vaxtlarda mənim tərəfimdən cinayət işi
başlanmışdı, prokuror F.Cavadovun sanksiyasına əsasən həbsə alınmışdı.
İlham Qasımovun anası Gözəl, bacısı Təranə həmin vaxt yalvarıb,
ağlaya-ağlaya məndən xahiş etdilər ki, İlhamı həbsdən buraxaq, onun
ürəyi xəstədir, İlham həbsdə öləcək. Dedilər ki, İlhamın Bakıda evi,
Şüvəlanda bağı var, hamısını satıb 10 gün müddətində dövlətə və
vətəndaşlara olan borclarımızı bağlayacayıq. Mənə və Fərhad müəllimə
olan yalvarışlar nəticəsində barəsində həbs qətimkan tədbirləri
dəyişdirilən İ. Qasımov dərhal Bakı şəhərinə gələrək özü kimi dələduz
dostları vasitəsilə sabiq baş prokuror Eldar Həsənova Beylaqan rayon
prokuroru F.Cavadov və istintaqı aparan Oqtay Kamalov (yəni mənim
barəmdə) həqiqətə uyğun olmayan məlumatlar vermişdir... F.Cavadova
qarşı neqativ münasibəti olan sabiq baş prokuror da bu məlumatdan
istifadə edərək dərhal cinayət işini tələb edib İ. Qasımovun barəsində
olan “İttiham aktı”na xitam vermiş, F.Cavadovu isə rayon prokuroru
vəzifəsindən azad etmişdi. Bundan başqa, mənim barəmdə isə qondarma,
həqiqətə uyğun olmayan cinayət işi başlanaraq məni həbsə aldılar.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Lətif Quliyevin 9
aprel 1997-ci il tarixli hökmünə görə, İlham Qasımovun anası Gözəl
Cəfərovanın, qardaşı İslamın, yeznəsi Nizami Məmmədovun ifadələri ilə
guya mənə 15.000 ABŞ dolları pul verməsi qənaətinə gəlinərək 3 uşaq
atası olan, eləcə də, Dağlıq Qarabağın erməni işğalçılarından azad
edilməsində iştirak edən Qarabağ əlilini 9 il müddətinə azadlıqdan
məhrum etdilər.
-Bəs sonralar bu hökmün ləğvinə və bəraət almağınıza cəhd etdinizmi?
-Məsələ ondadır ki, hökm çıxaran həmin prinsipsiz hakim Lətif Quliyev
2000-ci ildə hakimlik müddəti bitəndən sonra müxalifət düşərgəsinə
keçərək, Ədalət Partiyasının sədr müavini seçilməklə siyasi pozuçuluq
fəaliyyəti ilə məşğul olmuş, Sumqayıt şəhərində hakimiyyət
nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq xuliqanlıq
etdiklərinə, eləcə də, polis əməkdaşlarına xəsarət yetirdiklərinə görə
özü və Sumqayıt Məhkəməsinin sabiq hakimi Cərulla Ramazanovla, habelə
Sumqayıt icra hakimiyyətinin başçısının keçmiş müavini Fəzail
Tağıyevlə birlikdə həbsə alınaraq Sumqayıt Məhkəməsinin hökmü ilə 5 il
müddətinə azadlıqdan məhrum edildi. Allah onun cəzasını verdi...
Bəli, İ. Qasımov bu günədək hüquq-mühafizə orqanlarında,
iqtisadiyyatda, ümumiyyətlə, cəmiyyətdə nüfuz sahibi olan şəxslərə
sığınmaq, onun mənafeyinə uyğun olmayan mövqe gördükdə isə şər, böhtan
kampaniyasına başlamaqla bu işdə qoca anasının, Həcc ziyarətinə getmiş
bacısının və digər qohumlarının köməyindən yararlanmaq taktikasından
məharətlə istifadə etməkdə davam edir. Amma inanıram ki, bu onun
sonuncu cəhdi olacaq...
-Açıqlamaya görə təşəkkür edirik.
-Mən də sizə obyektiv mövqe nümayiş etdirdiyinizə görə təşəkkür edirəm.

«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ