SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT

BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT

Tarix:

26-08-2019, 11:10

/ 1 793 dəfə oxundu.
BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT

Azərbaycan ərazisində seperatçılar tərəfindən qurulan qondarma "Artsax Respublikası"nın adından hazırlanan sənəd BMT-nin rəsmi veb-səhifəsində (un.org) yerləşdirilib.


Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən qurumun Baş katibinə təqdim olunan və daha sonra da rəsmi veb-səhifədə yerləşdirilən memoranduma əlavəyə ("non paper") Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimin hazırladığı 2030-cu ilə kimi inkişaf planı daxil edilib. Sənəd BMT-nin irəli sürdüyü və 2030-cu ilədək nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçiriləmsi barədə "Artsax Respublikası"nın hesabatı adlanır.
Qeyd edək ki, BMT-nin rəsmi veb-səhifəsində (un.org) yerləşdirilən bu sənəddə Azərbaycan əleyhinə olduqca ağır ittihamlara yer verilib. Sənəddə Azərbaycanın "Artsax Respublikası"na hücum etməsi, onun inkişafına mane olması qeyd olunur. Daha sonra qeyd olunur ki, Azərbaycanın təhdidlərinə və təcavüzünə baxmayaraq "Artsax Respublikası" BMT-nin irəli sürdüyü Minilliyin İnkişaf Məqsədlərini həyata keçirməyə çalışır.
Məlumat üçün bildirək ki, bu hesabat qondarma "Artsax Respublikası"nın adından BMT-nin rəsmi səhifəsinə yerləşdirilən ilk sənəd deyil. Daha əvvəl də Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan "Artsax Respublikası" adından hazırlanan sənədi Baş katibə təqdim edib və həmin sənəd də rəsmi veb-səhifədə yerləşdirilib. 2018-ci ilin dekabr ayında qondarma "Artsax Respublikası"nın XİN-i tərəfindən hazırlandığı qeyd olunan və BMT rəsmi veb-səhifədə yerləşdirilən sənəddə iddia olunurdu ki, Azərbaycan 1991-ci ildə "Artsax Respublikası"na hücum edərək insanları girov götürüb. Guya Azərbaycan hakimiyyəti 640 dinc sakini qanunsuz həbs edib, onlardan 31 nəfərinə işgəncələr verilib və s.
Onu da bildirək ki, heç bir rəsmi mahiyyəti olmayan bu sənədlərdən ("non paper") diplomatlar yalnız təbliğat vasitəsi kimi istifadə edirlər.
Təəssüflə qeyd etmək lazımdır ki, BMT kimi nüfuzlu bir qurumun rəsmi veb-səhifədə "Artsax Respublikası"nı müstəqil dövlət kimi təqdim edib Azərbaycanın təcavüzkar kimi göstərilməsinə qarşı Azərbaycan XİN tərəfində indiyə kimi heç bir adekvat tədbir görülməyib.
Məsələ ilə bağlı XİN-in mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, Ermənistan BMT-də üzvlük haqqından sui istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb: "Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir. Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq".

Sənədin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar: https://undocs.org/en/A/74/282

Yeniavaz.com



Şərhlər

XƏBƏR LENTİ