XalqXəbər.Az

Bu da Fətiyevin "KOMPAS"ı, SADALAMAQLA BİTMİR

yüklənir...
Bu da Fətiyevin "KOMPAS"ı, SADALAMAQLA BİTMİR
2-08-2019, 09:07
yüklənir...

Jurnalist Cavanşir Həsənli deputat xanlar Fətiyevin topdağıtmaz səltənəti ilə bağlı yeniaraşdırma faktlarını özünün facebook sosial şəbəkədəki hesabında paylaşıb.Jurnalistin yaydığı araşdırmada iddia edilir ki, millət vəkili Fətiyev ölkə xaricində ciddi şəkildə böyük biznes imeriyası yaradıb.Cavanşir Həsənlinin yaydığı statusu olduğu kimi təqdim edirik:

Oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskvadadır. Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir.

Nizamnamə kapitalı 10000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.
2017-ci il maliyyə sənədlərinə görə, yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.
Dəqiqləşdirməmiş məlumata görə Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Ticarət mərkəzi hazırda Rusiyanın iri vasitəçi daşınmaz əmlak şirkətləri tərəfindən satışa çıxarılıb.




yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.