SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Karqo şirkətləri "Çin Karqo"nun fəaliyyətindən nümunə götürməlidir

Karqo şirkətləri "Çin Karqo"nun fəaliyyətindən nümunə götürməlidir

Tarix:

15-07-2019, 10:26

/ 6 348 dəfə oxundu.
Karqo şirkətləri "Çin Karqo"nun fəaliyyətindən nümunə götürməlidir

"Çin Karqo"nun dövlətə və dövlətçiliyə faydası...

Dünyanın hər bir yerində Karqo şirkətləri mövcuddur. Türkiyə Respublikasında, Dubay şəhərində, Çin Xalq Respublikasında (ÇXR) yüzlərlə Karqo şirkətləri fəaliyyət göstərir. Xüsusən Karqo şirkətləri yüzlərlə kiçik sahibkarların yüklərini toplayıb, bir hərəkət tərkibində yaşadıqları ölkələrə idxal edirlər. Kiçik sahibkarlar 1m3 və ya 100 kq yükü idxal etdikləri ölkələrə gətirib çıxartmaqda çətinliklər çəkirlər.
Azərbaycan Respublikasında kiçik sahibkarlara xidmət göstərən onlarla karqo şirkətləri var. Bəzi "iqtisadçılar" çox vaxt karqo şirkətləri ilə bağlı cəmiyyətdə pis fikir formalaşdırmağa çalışırlar, əslində isə bu belə deyil. Ötən yazılarımızda qeyd etmişdik ki, Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərinin sahibkarlara necə və nə cür xidmət etmələrindən söhbət açmışdıq. Hətta "Çin Karqo" şirkətinin fəaliyyətindən qısa olaraq yazmışdıq. xalqxeber.az olaraq araşdırmalarımızın davam etdiyini və digər karqo şirkətlərinin fəaliyyəti ilə bağlı yazılarımızın olacağını qeyd etmişdik.
Belə ki, “Çin Karqo” Azərbaycan Respublikasında 2000-ci ildən fəaliyyət göstərir. Vaxtı ilə 5000-dən çox orta və kiçik sahibkarlara xidmət göstərən "Çin Karqo" hal-hazırda isə 1500-dən çox sahibkarla əməkdaşlıq edir.
Azərbaycanda “Binə və Sədərək” yarmarkasında çalışan sahibkarlardan başqa bu yarmarka ilə 200000-dən çox insan bəhrələnir. Adlarını qeyd etdiyimiz yarmarkada çalışan sahibkarların 80%-dən çoxunun yükü Karqolar vasitəsi ilə idxal olunur. 2016-cı ilə qədər bu sahibkarların yükünü Karqolar gətirərək, etibarnamə əsasında Gömrük, Vergi rüsumlarını dövlətə ödəyiblər. Hətta bəzilərini isə yarmarkaların rəhbərlikləri veriblər.
2016-cı ildən tələb olundu ki, sahibkarlar yükü öz adlarına gətirsinlər. 2016-cı ilin ilk 4 ayını sahibkarlar yükü öz adlarına gətirməyə başladı, sonra Vergilər Nazirliyində bu sahibkarlara yoxlamalar açıldı, cərimələr yazıldı. Həmin andan etibarən sahibkarlar öz adlarına yük vurmaqdan qorxmağa başladılar.
”Binə və Sədərək” yarmarkasında çalışan sahibkarlar 2018-ci ilin iyun ayından əməkdaşlıq etdikləri Karqolar vasitəsi ilə 6%-lik vergi ödəməyə başladılar.
”Çin Karqo” ilə əməkdaşlıq edən sahibkarlar 2018-ci ilin iyun ayından dekabr ayının 30-a kimi sahibkarlar adından 16.400.000 AZN vergi ödədi.
Azərbaycanda fəaliyyət göstərən Karqolar (şəffaf fəaliyyət göstərən) həm Gömrük rüsumunu, həm də Vergi rüsumlarını vaxtı-vaxtında ilk andan ödəməyə başladılar və bugün də ödəyirlər.
ÇXR-da uzun illərdir ki, 4 Karqo şirkəti fəaliyyət göstərir. “Çin Karqo” , “Kapitan Karqo”, ”Kaspian Karqo” və “Mayaq Karqo”. Bu Karqolar ildə orta hesabla ÇXR-dan Azərbaycana 800 konteyner yük gətirirlər. (Dövlət yükləri bura daxil deyil). Dəmir listləri, başqa yükləri nəzərə alsaq Azərbaycan Gömrük Komitəsinə ÇXR-dan gələn yüklərə görə, Karqolar 350.000.000 AZN pul ödəyirlər. Türkiyə Respublikasından, Dubaydan, İran İslam Respublikasından, Avropa ölkələrindən, MDB-dən gələn yüklərə görə Gömrük Komitəsinə 650.000.000 AZN yaxın pul ödənilir. Rəqəmlərdən göründüyü kimi Azərbaycana idxal olunan və Azərbaycan Gömrük Komitəsinə 1.000.000.000 AZN Gömrük rüsumunun ödənilməsində Karqoların böyük rolu var. Bu rüsumlara uyğun vergi rüsumları da ödənilir. Vergi rüsumlarını karqolar, fiziki və hüquqi şəxslərin özləri və ya yarmarkaların rəhbərlikləri ödəyirlər.
2019-cu ildən Vergilər Nazirliyi hər kəsin uçota alınmasını, Gömrük və Vergi rüsumlarının sahibkarın özlərinin verilməsini tələb etməyə başlayıb. Bununla əlaqədar olaraq Gömrük Komitəsinin, Vergilər Nazirliyinin əməkdaşlarının Karqolar və sahibkarlarla dəfələrlə görüşləri olmuşdur. Sahibkarlar və Karqolar, Gömrük rüsumunu invoist əsasında verə bilirlər, Vergi rüsumunun ödənilməsində isə çətinlik çəkirlər. Sahibkarlar dəqiq uçota alınmadığına görə, vergi rüsumunun verilməsində çətinliklər yaranır. Karqoların çoxu bu vergi uçotunun dəqiq aparılmasından istifadə edib, vergi rüsumlarının ödənilməsindən yayınırlar, hətta sahibkarları vadar edirlər ki, yükləri saxta şirkətlərin adlarına idxal etsinlər. Belə olduğu halda dövlət büdcəsinə küllü miqdarda ziyan vurulmuş olur.
Təqribi hesabatlara görə, Karqolarla gələn yüklər üçün bir ildə Vergiyə 150.000.000 AZN-dən çox pul ödənilməlidir. Rəqəm göstəriciləri göstərir ki, Karqoların sahibkarlara göstərdiyi xidmətə və daşımaların səmərəli yerinə yetirdiklərinə həmçinin yükləri vaxtı-vaxtında mənzil başına çatdırdıqlarına görə, Gömrük Komitəsinə təqribən 1.000.000.000 AZN, Vergiyə isə 150.000.000 AZN pul ödənilməlidir. Gömrük rüsumları vaxtı-vaxtında invoistə uyğun ödənilir. Vergi rüsumlarının ödənilməsində (150.000.000 AZN) yayınmalar olur. Vergilər Nazirliyi 2019-cu ilin aprel ayından hər kəsi uçota almağa başlamaqla bu məsələni həll etmək istəyir. Lakin hələ də problemlər mövcuddur.
Karqolar bu rüsumun ödənilməsində Vergilər Nazirliyinə hansı qayda da köməklik edə bilər. Əlbətki ”Çin Karqo”nun təcrübəsindən istifadə etməklə.
“Çin Karqo” ilə əməkdaşlıq edən sahibkarların 90%-i vergi uçotuna dayanıb.
Uçota durmaq üçün nə etmək lazımdır?
1.Karqolar yükü ixrac etdikləri ölkədə, yəni yükü sahibkarlardan qəbul edərkən, yükü sahibkarların VÖEN nömrəsi ilə birlikdə götürməlidir. Bu zaman sahibkarın adı, soyadı, sahibkarın çalışdığı yarmarkanın adı və anbar yeri dəqiq yazılmalıdır. Bundan əlavə sahibkarın yükünün adı, m3-u, çəkisi, invois dəyəri, paking listi, gigienik sertifikatı götürülməlidir.
2.Bu sənədlər qəbul edilib yükü hərəkət tərkibinə yüklədikdən sonra dəqiq invoist dəyəri, yükün çəkisi, yükün həcmi, göstərilməlidir.
3.Hərəkət tərkibində olan yüklərin sahiblərinin VÖEN-lə ad və soyadı, hər birinin yükünün invoist dəyəri göstərilməklə “Reyster” tərtib edilməlidir.
4.Konteyner, hərəkət tərkibi Azərbaycan respublikasına girəndə “Reyster” qısa idxal bəyannaməsi ilə birlikdə Gömrük sisteminə vurulmalıdır.
5.Hər bir sahibkarın Karqoya verdiyi etibarnamə əsasında Karqo (hər bir sahibkarın özü də Gömrük sənədləşməsini apara bilər) Gömrük sənədləşməsini apararaq, yükü Karqonun həyətinə gətirib sahibkarlara çatdırır.
6.”Çin Karqo” öz nəznində yaratdığı xidmətdən istifadə edərək, sahibkarların kassa aparatlarını aktivləşdirib, sahibkarların mallarını 12% gəlir ilə satışına köməklik edir,yəni kassa aparatları ilə sahibkarların mallarının satışına yardımçı olur.
7.”Çin Karqo”nun xidmət servisi sahibkarın vergi hesabatlarının aparılmasında köməklik edir, vergi rüsumlarının ödənilməsində sahibkarlara yardımçı olurlar.
8.Sahibkarlar öz adlarına yükləri gətirdiklərinə görə, adlarına deklarasiya olduqlarına görə yarmarkada 2-ci dəfə vergi verməkdən azad olunurlar.
9.”Çin Karqo” sahibkarlara bu xidmətləri göstərdiklərinə görə artıq 745 sahibkar vergi qeydiyyatına durublar, 63 sahibkarın yaxın günlərdə vergi qeydiyyatına durulması gözlənilir.
“Çin Karqo” 2018-ci ildə geyimin 1 kubuna 580 $ yığıb, 2019-cu ildə də 1 kub geyimin qiyməti 580 $-dır. Sahibkarlar öz adlarından hər 1 m3 geyimə görə 71 $ vergiyə rüsum ödəyir (etibarnaməyə görə). Başqa Karqolar 71$ pulu vergiyə yox, saxta şirkətlərə verirlər və ya ciblərinə qoyurlar.
Vergilər Nazirliyi Karqolara məcbur etməlidir ki, “Çin Karqo”nun təcrübəsindən istifadə etsinlər və təbliğat işləri aparılsın ki, sahibkarlar tərəfindən vergilər ödənilsin.
“Çin Karqo” xalqxeber.az vasitəsi ilə bütün karqolara müraciət edərək bildirir ki, karqolar gördüyü işləri, dövlətə verdiyi rüsumları, onlarla əməkdaşlıq edən sahibkarlara göstərdikləri xidmətlər barədə dövlət təşkilatlarına və ictimaətə vaxtə-vaxtında məlumat versinlər. Həmçinin karqo fəaliyyəti ilə məşğul olan şirkət rəhbərləri Karqoların dövlət üçün necə faydalı qrum olmasını, öz şəffaf əməlləri ilə sübut etsinlər. Bundan başqa Vergilər Nazirliyinə köməklik göstərərək, sahibkarların uçota alınmasına yardımçı olsunlar.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ