SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi

2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi

Tarix:

27-06-2019, 12:56

/ 1 240 dəfə oxundu.
2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi

İspaniyanın İbitsa adasında milyon funt sterlinq dəyərində saatı oğurlanan gəncin kimliyi məlum olub.

Ölkə.Az-ın xəbərinə görə, soyğun hadisəsinin qurbanı “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub.

Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.

Xatırladaq ki, İspaniyanın İbitsa adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.

Qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun saatını əlindən alıb.

Sözügedən saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir.
Dəyəri 2,167,600 AZN-dir.

Dünyada ən bahalı saatlardan biridir. Bu saatlar çox yüngül çəkiləri ilə fərqlənirlər.

Şərhlər

XƏBƏR LENTİ