SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Çin Karqo” Azərbaycanda sahibkarlığın inkişafına öz tövhələrini verir

“Çin Karqo” Azərbaycanda sahibkarlığın inkişafına öz tövhələrini verir

Tarix:

26-06-2019, 12:02

/ 4 034 dəfə oxundu.
“Çin Karqo” Azərbaycanda sahibkarlığın inkişafına öz tövhələrini verir

Nə üçün “Çin Karqo”nu seçməliyik?

Məlum olduğu kimi bu gün Azərbaycan iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələrinin böyük əhəmiyyəti vardır. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin güclənməsinə və deməli qiymətlərin də aşağı düşməsinə zəmin yaradır. Bu isə öz növbəsində əhalinin maraqlarına tam uyğundur. “Çin Karqo” daim müştərilərini yüksək keyfiyyət və xidmətlə təmin etməyə çalışan yükdaşıma şirkətidir. Xaricdən verilən sifarişləri ən qısa müddətdə Azərbaycana çatdırmaq, sahibkara yükü təhvil vermək “Çin Karqo”nun öhdəliklərinə daxildir. İş mexanizmi xarici ölkədən verilən sifarişləri ölkəmizin hüdudlarından kənarda olan anbar və ofislərinə qəbul etmək, Azərbaycana gətirmək və Azərbaycandakı anbar və ofislərində qəbul edərək sahibkara çatdırmaqdan ibarətdir. Verilən sifarişləri qəbul etmək üçün Çin Xalq Respublikasının Urumçi, Quandjo və Yivu şəhərlərində nümayəndəlikləri və ofisləri mövcuddur. Şirkət yükün anbara daxil olmasından başlayaraq, son ünvana çatdırılana qədər trayektoriyası barədə müştərini CPRS xidməti vasitəsilə məlumatlandırmağı da öz öhdəsinə götürür. “Çin Karqo” hər gün yenilənir, təkmilləşir və sahibkarlara daha yaxşı xidmət göstərmək üçün can atır.
Şirkət “Çin Karqo” adı ilə 2000-ci ildən fəaliyyət göstərir. Şirkətin rəhbəri Azərbaycanda tanınmış ziyalı Şamil Heydərovdur. Karqo şirkəti ilə 1500-dən çox sahibkar əməkdaşlıq edir.
“Çin Karqo” Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə qanuna müvafiq olaraq sıx əməkdaşlıq edir. Məlum olduğu kimi Vergilər Nazirliyi 2018-ci ilin iyun ayından 6% vergi ödəmə sisteminə keçdi. Sistem yeniləndikdən sonra ”Çin Karqo” 2018-ci ilin iyun-dekabr aylarında 16.400.000 AZN dövlət büdcəsinə vergi ödəmişdir.
2019-cu ildən Vergilər Nazirliyi yeni qaydaya keçərək, xarici ölkədən idxal olunan yüklər reysterlə sahibkarların adına gəlməsi ilə bağlı qərar qəbul etdi. Yeni tətbiq olunan qaydaya uyğun olaraq “Çin Karqo” 2019-cu ilin aprel ayından Çin Xalq Respublikasından (ÇXR) idxal olunan malların hamısını sahibkarların öz adlarına gətirir. Son 3 ay müddətində 600-dən çox sahibkarın adına, 50-dən çox şirkətin adına yük idxal olunmuşdur.
“Çin Karqo” etibarnamə, müqavilə əsasında Çin Xalq Respublikasında yükləri sahibkarlardan VÖEN-lə yığır, sənədləşdirir, daşımasını təşkil edir, yükü Azərbaycana çatdırır. Sahibkarlar isə xarici ölkədən gələn yüklərini Gömrükdə sənədləşdirirlər. “Çin Karqo”-nun üstün cəhəti ondan ibarətdir ki, sahibkarların kassa aparatlarının işlənməsinə, proqramlaşdırılmasına qulluq edir, mallar kassa aparatları ilə satıldıqdan sonra vergiyə hesabat verilməsində, vergi rüsumunu hansı qaydada ödənilməsinə köməklik göstərir.Bu məqsədlə təcrübəli mütəxəssislər işə qəbul edilmişdir.
“Çin Karqo” vasitəsi ilə hal-hazırda 600-dan çox sahibkarın adına xaricdən mal gəlib. Bu sahibkarlar öz adlarından vergiyə 300.000 manatdan çox pul ödəyiblər.
xalqxeber.az-ın əməkdaşları sahibkarla söhbət edərkən onlar təəssüf hissi ilə bildirdilər ki, Çin Xalq Respublikasında gündə bir Karqo şirkəti peyda olur və bunların heç biri sahibkarın VÖEN-i ilə mal yığmırlar. Əgər sahibkarların VÖEN-i ilə mal yığılmırsa, deməli o Karqo vergidən yayınır və dövlət büdcəsinə küllü miqdarda ziyan vururlar. Çin Xalq Respublikasında uzun illərdən bəri 4 Karqo şirkəti fəaliyyət göstərir. “Çin Karqo”, “Kapitan Karqo”, ”Kaspian Karqo” və “Mayaq Karqo”.
“Çin Karqo”dan başqa bu karqo şirkətləri sahibkarlardan VÖEN-lə mal qəbul etmirlər. Konteynerlər Bakı şəhərinə gələndə sahibkarların yox, ayrı-ayrı vergidən yayınan şirkətlərin adlarına sənədləşdirilir. Bu saxta şirkətlər 6 aydan sonra yoxa çıxırlar və beləliklə vergidən konkret olaraq yayınırlar. xalqxeber.az-ın araşdırması zamanı məlum oldu ki, “Çin Karqo” 2019-cu ilin 3-cü rübündən etibarən 1500-dən artıq sahibkara xidmət etməyi düşünür. Adı qeyd olunan Çin karqo şirkəti ilə əməkdaşlıq edən sahibkarlar 2019-cu ildə dövlət büdcəsinə gömrük rüsumu olaraq 150.000.000 manat, Vergilər Nazirliyinə isə 30.000.000 manatdan çox rüsum ödəyəcəklər. Qeyd edək ki, “Çin Karqo” Çin Xalq Respublikasından daşınan ümumi yükün 25%-ni daşıyır.
Azərbaycan Respublikasında Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə əməkdaşlıq edib, VÖEN-lə yük qəbul edən, Gömrük və Vergi rüsumunun ödənilməsində sahibkarlara köməklik edən yeganə şirkət “Çin Karqo”-dur. “Çin Karqo” bir çox layihələrdə aktiv iştirak edir və cəmiyyətə faydalı layihələrə dəstək olmağa çalışır. “Çin Karqo”-nun başlıca qayəsi, Azərbaycanda karqo sistemini, sahibkarlıq fəaliyyətinin genişlənməsini, orta biznesdən böyük biznesə keçməyi insanlara öyrətmək, öyrətdikcə böyütmək, böyütdükcə daha da çox öyrətməkdir.Bu ideyadan yola çıxaraq, sahibkarların karqo sistemi ilə bağlı bütün mövzularda qarşılıqlı fikir alış-verişi etməsi, bir-birlərinə tövsiyələr verməsi, xaricdən gətirilən yüklər barəsində öz düşüncələrini bölüşməsi şirkətin əsas iş prinsiplərindən biridir. Sahibkarlar düşüncələrində ilişib qalan bütün suallara cavab almaq üçün “Çin Karqo”-nun savadlı mütəxəssislərinə müraciət edib, kömək istəyə bilərlər. “Çin Karqo” hər bir sahibkara ayrılıqda xüsusi yanaşma göstərərək yaxşı xidmət, yüksək keyfiyyət və operativ olmaq arzusunun şirkətləşmiş halıdır. “Çin Karqo” şirkəti öz işini həyata keçirən zaman qarşısına yüksək operativliyə və etibara nail olmaq məqsədini qoymuşdur.
“Çin Karqo” şirkətində iş təcrübəsi olan keçmiş peşəkarlar cəmlənmişdir. Yükün daşınma müddəti ərzində təcrübəli personal daim yükün hərəkətinə nəzarət edir və hər an müştəriyə yükün statusu və onun yerləşdiyi yer haqqında məlumat verir. Yüklərin çatdırılması üzrə xidmətlərin çevik sistemi bizə hər bir müştəri üçün ən optimal qərarların verilməsinə nail olmağa imkan yaradır. Şirkət həm böyük, həm də kiçik həcmli yüklərin daşınmasını həyata keçirir. Yüklərin daşınması üçün nəzərdə tutulan müasir standartlara uyğun təchiz olunmuş anbarlar istənilən istiqamətlərdə yüklərin mərkəzləşdirilmiş yığım və göndərilməsini həyata keçirməyə imkan yaradır. “Çin Karqo” şirkəti əldə etdiyi müvəffəqiyyətlərlə kifayətlənmir və zamanla ayaqlaşaraq nəqliyyat biznesinin inkişafında bütün dəyişikliklərə diqqətlə yanaşır, özü üçün yeni daşıma marşrutları işləyib hazırlayır, beynəlxalq yük daşımaları sferasında inkişaf tempinə uyğun iş təşkilinin yeni üsullarını mənimsəməyə çalışır.
“Çin Karqo” məmnuniyyətlə bütün sahibkarlara kömək etməyə hazırdır!

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ