SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır (FOTOFAKT)

Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır (FOTOFAKT)

Tarix:

23-04-2019, 08:40

/ 1 458 dəfə oxundu.
Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır (FOTOFAKT)

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadənin ölkə xaricindəki biznesi ilə bağlı növbəti dəfə sensasion sayıla biləcək məlumat yayıb.

AzToday.az məlumatı olduğu kimi təqdim edir:

Baş bankir Elman Rüstəmovun kürəkəni və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin haqqında bu qədər yazdıq, İngiltərəyə, Çexiyaya daşıdıqlarını araşdırıb ortaya çıxardıq, dedik bəlkə bir az yavaşlayarlar, amma adam dayanmaq bilmir.
Niyə? Çünki nə bu işbaz cənabdan, nə onun arxasında dayanan atasından və qaynatasından o milyonların Avropaya haradan və necə axdığını soruşan olmayıb. O qədər rezonansa, səs-küyə səbəb olan sənədlərin, faktların qarşısında özlərini veclərinə də deyilmiş kimi apardılar.

İndi yenisini açıb. Bu dəfə Türkiyədə.

Baş bankirin kürəkəni HORİZONİST DIŞ TİCARET LİMİTED şirkətini ötən ayın 1-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkət üçün İstanbulun Sarıyer bölgəsində, MASLAK MAH. AOS 55.SOK. 42 MASLAK SİT. NO:2/7 ünvanında ofis götürüb. Cuma Əhmədzadə Türkiyədə nə işlər çevirəcək? Əslində nə işlər çevirməyəcək?

HORİZONİST DIŞ TİCARET LİMİTED-in nizamnaməsinə görə, topdan xarici ticarətlə, yəni Türkiyədən Avropaya ixracla məşğul olacaq, Avropadan Türkiyəyə avadanlıqlar gətirəcək, bu şirkət üzətindən digər şirkətlərə sərmayə yönəldərək ortaqlıq əldə edəcək, daşınmaz əmlaklar əldə edəcək.

Yəni daşımağa davam edəcəklər.
Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır (FOTOFAKT)
Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır (FOTOFAKT)
Əhməd Əhmədzadə və Elman Rüstəmov dayanmaq bilmir: Xaricə milyonlar daşınır (FOTOFAKT)

Şərhlər

XƏBƏR LENTİ