SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xalidə Bayramovanın Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə heç bir qohumluq əlaqəsi yoxdur

Xalidə Bayramovanın Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə heç bir qohumluq əlaqəsi yoxdur

Tarix:

11-04-2019, 20:12

/ 1 894 dəfə oxundu.
Xalidə Bayramovanın Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinə heç bir qohumluq əlaqəsi yoxdur

Qulu Xəlilov: "Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə heç bir qohumluq əlaqəsi yoxdur".
Məlum olduğu kimi bu gün ölkə mətbuatında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin yaxın qohumu olması ilə bağlı informasiyalar dərc edilmişdi. Məsələ ilə əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov xalqxeber.az-a açıqlama verərək bildirdi ki, Xalidə Bayramova Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinidir və bu o demək deyil ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə hər hansısa bir yaxından və ya uzaqdan qohumluq əlaqəsi var. Ölkə mətbuatında iddia edilir ki, Xalidə xanım Azərbaycanda hər hansısa bir özəlləşdirmə prosesində iştirak edib. Bununla bağlı onu deyə bilərəm ki, Xalidə xanım əmlak özəlləşdiribsə və ya hər hansısa özəlləşdirmə prosesində iştirak edibsə bu ona dəlalət etmirki Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin yaxın adamıdır və qohumluq əlaqəsi vardır. Bir sözlə ölkə mətbuatında qeyd olunanlar tamamilə yalnışdır və həqiqəti əks elətdirmir. Çünki Azərbaycanda istənilən hüquqi və fiziki şəxs hər hansısa bir obyekt özəlləşdirmə hüququna malikdir və bu proses tam şəffaf şəkildə həyata keçirilir.

Xalqxeber..Az

Şərhlər

XƏBƏR LENTİ