SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

General İlham Əliyevə raport verdi - Fotolar

General İlham Əliyevə raport verdi - Fotolar
10-08-2016, 19:12447Oxunub.

Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevDövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin "Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev İlham Əliyevə raport verib.

Bildirilib ki, sərhəd zastavası Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Zastavanın mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhəd¬lərimizin mühafizəsi yüksək səviyyədə təşkil edilib.

Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb, müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, isti-rahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası tikilib.

Ərazidə abadlaşdırma işləri görülüb, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilib.

 

General İlham Əliyevə raport verdi - Fotolar

General İlham Əliyevə raport verdi - Fotolar

General İlham Əliyevə raport verdi - Fotolar

General İlham Əliyevə raport verdi - Fotolar

General İlham Əliyevə raport verdi - Fotolar
 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ