SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO

Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO

Tarix:

28-03-2019, 16:35

/ 2 239 dəfə oxundu.
Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO

Bu gün Abşeron rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü qeyd edildi. Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini anıblar.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron RİH-nin başçısı İ.Gülməmmədova ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğunu xatırladaraq DTX əməkdaşlarını təbrik edib. Azərbaycanın təhlükəsizlik xidmətlərinin ölkəmizin gündəlik həyatındakı rolundan danışan başçı təhlükəsizlik orqanlarının uzun bir inkişaf tarixi keçdiyini önə çəkib. Onun sözlərinə görə, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Nazirliyinin tərkibində Baş Qərargahda Kəşfiyyat və Əks Kəşfiyyat Bölməsi yaradılıb. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti Əks-İnqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul edib. Lakin 1920-ci ilin aprel hadisələrində Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət qurumları ilə bərabər Əks-İnqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırıb. İcra başçısı vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə bu qurumun inkişafı surətlənib. Onun fəaliyyəti nəticəsində təklükəsizlik orqanları yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verildi. Bildirilib ki, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı oldu. Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın mənafeyinə cavab verən səviyyədə hazırlamaq üzrə vəzifələri müəyyən etdi. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti yüksək səviyyədə fəaliyyətini davam etdirir.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayonu YAP Qadınlar Şurasının sədri Teyyubə Hüseynova, Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Rahib Seyidov və digərləri çıxış edərək Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində bu orqanın fəaliyyətinin təkmilləşdirildiyini qeyd ediblər.

Sonda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin bir sıra əməkdaşları Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO
Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO
Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO
Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO
Abşeronda DTX-nin yaradılmasının 100 illiyi qeyd edildi - FOTO

Şərhlər

XƏBƏR LENTİ