SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

ÖLKƏ RƏHBƏRİ ALDADILIR – Səlim Müslümovun bundan xəbəri varmı…?

ÖLKƏ RƏHBƏRİ ALDADILIR – Səlim Müslümovun bundan xəbəri varmı…?
19-05-2016, 11:59392Oxunub.

 
Cənab prezidentin 2015 dekabr ayında gözdən əlilərə təqdim etdiyi mənzil orderləri ilə bağlı fırıldaqların olduğu deyilir. ƏSSM tərəfindən gözdən əlilər üçün tikilən mənzillər pul ilə satılır. Bundan əlavə isə bir necə şəxsə 2-3 dəfə mənzil verilmiş qarşılığında isə 15.000-35.000 manat arası mənimsənilən məbləğlər var. Əvvələr mənzil bölgülərinə İcra hakimiyyəti nəzarət edirdi. İndi isə nazir Səlim Müslümovun icra orqanlarında kütləvi şəkildə rüşvətə qarşı tədbir kimi mənzil paylanılması və nəzarət edilməsi nazir müavini İlqar Elxan oğlu Rəhimov tapşırılmışdı. 

Bu gün isə görsənən mənzərə heçdə əvvəlkindən fərqli deyil. Hələ əvvəlki rüşvət alma prossedürlərindən də artıq şeylər baş verməkdədir. Əvvəl bir adamdan ir dəfə rüşvət alıb mənzil verirdilərsə indi İlqar Rəhimovun idarəçiliyində bunun əksi baş verməkdədir. 1992 ildən növbə gözləyən ailə üzvlərindən ikisi əlil olanlar bu günə qədər evlə təmin edilməyib. Amma siyahıda adlar var ki, Günəşli qəsəbəsidə bir evi ola-ola bu gün ona, yeni tikilmiş 132 mənzili binadan yenidən ev verilib. Hələ yaşlı və əlil olan şəxsləri demirik hansı ki 2-3 hətta 4 mənzillə sahibdirlər bu gün.

Bunu iddia edən I-ci qrup gözdən əlil vətəndaş sual edir. Niyə 2013-cü ildən ev növbəsinə duran əlilin mənzillə təmin edilmir amma 2015-ci ildə qeydiyata düşən şəxs yeni mənzilə təmin edilir. Bununla bağlı E.Zeynalov redaksiyamıza məktubla bildirmiş və sualına cavab axtarmaqdadır. Gözdən əlilərə 132 mənzil paylanılmasında haqqı tapdalandığını və səlahiyyətli şəxslərin əlili göz ardı edərək növbəlik prinsipini pozmaları bununla yanaşı bir əlilə bir neçə evi təqdim edilməsi iddia edilir. Bununla yanaşı iki nəfərin qeyri qanuni yolla gözdən əlil kimi mənzildə əldə edildiyi vurğulanmaqdadır. 

Şikayətçi bildirir ki, Suraxanı rayonunda 12 kv. olan mənzildə həyat yoldaşı və körpə övladı ilə birlikdə yaşayır. Yaşayış tərzinin heçdə ürək açan olmadığı isə göz qabağındadır. 

Məsələnin ciddi araşdırılması və dəqiqləşdirilməsi vacibdir. Bunun üçünsə nazir Səlim Müslümovun baş vermiş qeyri qanuni prosseslərə müdaxiləsi mütləqdir. Güman edirik ki, Səlim Müslümovun bu baş verənlərin heç birindən xəbəri yoxdur.

Ardı var..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
"bakunews"
 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ