SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » O qatarın dalınca baxma... Cavid Qurbanovun başına gəlməyən qalmadı- Əcaib işlər!!!

O qatarın dalınca baxma... Cavid Qurbanovun başına gəlməyən qalmadı- Əcaib işlər!!!

Tarix:

11-02-2019, 00:42

/ 1 095 dəfə oxundu.
O qatarın dalınca baxma... Cavid Qurbanovun başına gəlməyən qalmadı- Əcaib işlər!!!

Cavid Qurbanovun başına həmişə maraqlı əhvalatlar gəlir

Onun gah yubiley günü Böyük Kəsik istiqamətində qəza baş verir, özü isə işçiləri tortu axıracan yeməyə çağırır, gah “Topaz” qumarına girişdiyi yazılır, gah Gəncəyə sürət qatarı işə düşdüyü günün ertəsi gecikir, indi də xəbərlər var ki, Latviyadan aldığı 5 qatardan biri yoxa çıxıb.

Cahan.info heyrətlə sual edir ki, vaqon necə qeybə çəkilə bilər. Bu, bilet deyil itirəsən, müqavilə deyil yoxa çıxsın, maşın deyil, oğurlanıb yolda doğrayıb hissələrini satsınlar.

Dövlətin bir başqa dövlətlə müqavilə bağlayaraq alqı-satqı etdiyi vaqon necə qəhətə çıxa bilər axı, ay Cavid müəllim? Niyə həmişə belə qəribə işlər sizing başınıza gəlir…

Əslində, beynəlxalq aləmdə Azərbaycan dövlətinin etibarını zədələyəcək, xarici şirkətlərin Bakı ilə ticari münasibətlərdə daha ehtiyatlı mövqe tutmasına səbəb olacaq qalmaqallı məsələdir. Bir bu qalmışdı ki, adımız vaqon məhkəməsinə qarşısın.

Məlumdur ki, yanvarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Şirkətin iddiasına eyni zamanda Latviya Arbitraj Məhkəməsində də baxılacaq. Bəs iddia nədən ibarətdir?

Belə məlum olur ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb.

Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar.

Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Bu müqavilənin sonradan tərəflər arasında niyə məhkəmə çəkişməsinə səbəb olduğuna keçməzdən əvvəl diqqətimizi cəlb edən maraqlı bir detalı qeyd etməyi lazım bilirik.

Belə ki, Cavid Qurbanov Latviya şirkəti ilə bu müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinat aldıqdan (9 fevral 2015-ci il) cəmi 3 həftə sonra imzalayıb.

Bu cür yüksək dəyərə malik bir müqavilənin belə qısa müddətdə hazırlanaraq imzalanması maraq doğurur. Əlbəttə, Cavid Qurbanovun təyin olunar-olunmaz dərhal işə başlamasını təqdir də etmək olar.

Ancaq müqavilə bağlanarkən tələskənliyə yol verilməsinin sonradan bir sıra suallar və problemlər doğurduğunu da qeyd etməliyik.

“AzPolitika.info” saytına daxil olan məlumata görə, Latviyanın “ALBUVE” ASC şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib – həm Bakıda, həm də Latviyada.

Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir.

Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb.

İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

Elektrik qatarının birinin qiyməti təxminən 934 min avroya bərabərdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyanın “ALBUVE” ASC şirkətinə isə cəmi 522 000 avro borcu qalıb. Əgər Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə niyə ona əlavə 412000 avro ödənilib?

Üçüncüsü və ən əsası, Latviya şirkəti əgər doğrudan da elektrik qatarlarından birin təhvil verməyibsə, niyə “Azərbaycan Dəmir Yolları” QSC ötən 3 il ərzində “ALBUVE” ASC-ni məhkəməyə verməyib?

Üzərindən 3 il keçəndən sonra Azərbaycan dövlətinin vəsaiti hesabına alınmış bir qatarın yoxa çıxdığı faktı ortaya çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin borcudur ki, bu qatarın harda olduğunu dövlət büdcəsinin əsl sahibinə – Azərbaycan xalqına açıqlasın. Bundan imtina edilməsi ictimaiyyətə hörmətsizlikdir.

Cahan.info mediaya istinadla yazır ki, “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov həyata qatarların hərəkəti kimi baxır – o yana gedir, bu yana gedir. Onun üçün həyatın fəlsəfəsi görünür hər bir işə sərgüzəşt, macəra kimi yanaşmaqdan ibarətdir.

Deyəsən, bir az İtaliyanın keçmiş baş naziri Berluskoni üslubundadır bizim çox hörmətli Cavid Qurbanov…özünü pozitiv, gümrah aparır, hər işə əyləncə ilə yaxınlaşır.

60 yaşı haqlamış bir dövlət məmuru üçün bir tərəfdən baxanda pis hal deyil. İnsan gərək qəlbən cavan olsun, gənclərlə ayaqlaşsın. İntəhası…

Bu eyhamların lokomotivi də, leytmotivi də C.Qurbanovun 60 yaşdan sonra bukmeyker kontorlarına girişməsidir.

Belə çıxır ki, baş dəmiryolçu yaxşı futbol fanatıdır. Hələ bilmək olmaz, C.Qurbanov futbol klubu da yarada bilər. Digər oliqarx-nazir, məmurlardan nəyi əskikdir ki?!

C.Qurbanov idarədə yubiley şousu keçirən gün ölkənin qərb istiqamətindən Bakıya gələn elektorvoz qəzaya uğrayıb, qatar relsdən çıxmışdı.
Nəticədə Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətində xeyli gecikmə yaranmışdı.

Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşmişdi.

Amma həmin gün ölkənin baş dəmiryolçusunu həmin qəza yox, yubileyi ilə bağlı video-çarxın təqdimatı maraqlandırırdı.

Özü də deyirdi ki, tortu axıra qədər yeməmiş getmək olmaz. Bilirik, Cavid müəllim, məmurların köhnə xasiyyətidir, axıra qədər yeməmiş getməzlər!

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ