SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vüsal Kərimli Ziya Məmmədov kimi narazı ordusu yetişdirir: BNA fiaskosu...

Vüsal Kərimli Ziya Məmmədov kimi narazı ordusu yetişdirir: BNA fiaskosu...

Tarix:

11-02-2019, 00:39

/ 1 574 dəfə oxundu.
Vüsal Kərimli Ziya Məmmədov kimi narazı ordusu yetişdirir: BNA fiaskosu...

Bakı Nəqliyyat Agentliyi (BNA) sədri Vüsal Kərimli sabiq nəqliyyat naziri Ziya Məmmədovun aqibətini yaşamaq üzrədir

Verilən xəbərə görə, qurumun fiasko fəaliyyəti ləğvini aktuallaşdırıb.

Yuxarı dairələr də narazıdır. Bir tərəfdən dövlətin büdcəsinə yükdür, çünki oxşar qurumlar var və vahid mərkəzdə birləşdirilməsi gündəmdədir. Digər tərəfdən isə BNA üzərinə düşən öhdəlikləri, qarşısına qoyulan hədəfləri yerinə yetirə bilmədi.

Hər kəs düşünürdü ki, nəqliyyat sahəsində mövcud olan nöqsanlar aradan qalxacaq, sərnişindaşımadakı problemlər azalacaq, normal xidmət göstəriləcək.

Amma gözlənilənlər olmadı. BNA-nın yaradılması Nəqliyyat Nazirliyinin ləğv olunması məsələsini gündəmə gətirmişdi. Nəticədə, gözlənilən struktur dəyişikliyi baş tutdu, Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi.

BNA-ya bəslənilən ümidlər isə elə gözlənti olaraq qaldı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır.

BNA sanki “baha qiymət, keyfiyyətsiz xidmət”i öz fəalliyyətinin əsas devizi olaraq qəbul edib. Bu sahədə problemlər olduğu kimi qalır. Nəqliyyat Nazirliyinin ləğvi, BNA-nın fəaliyyətə başlaması heç nəyi dəyişmədi.

Pik saatlarda paytaxt dayanacaqlarında yüzlərlə sərnişin avtobus gözləyir, marşrut isə tapılmır. BNA artıq 3 ildir fəaliyyət göstərir. Problemin həlli üçün qurum hələ 3 il də səbr etməyi məsləhət görür.

Verilən xəbərə görə, Vüsal Kərimli vəzifəsini itirə bilər. BNA Nəqliyyatın İntellektual İdarəetmə Sistemi və digər oxşar qurumlar birləşdirilə bilər.

Ölkə başçısı Bakıda avtobus parkının yenilənməsi üçün ötən ilin avqust ayında 47 milyon 924 min manat ayırıb. Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) ayrılan vəsait hesabına 300 ədəd sərnişin avtobusu almalıdır.

Vəsaitin ayrılmasından 5 ay keçsə də, hələlik sözügedən avtobuslar paytaxta gətirilməyib, gətirilibsə də, ictimaiyyətin xəbəri yoxdur.

BNA nəqliyyat sistemindəki problemi həll etməmiş indi də minik avtomobillərinin parklanması məsələsini “tənzimləmək” qərarına gəlib.

Paytaxtın küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar.

Qurumun rəhbəri Vüsal Kərimli hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb.

Yəni, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb. Cərimə etməklə, BNA mövcud problemi həll edirmi? Yaxud həll edə biləcəkmi?

Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki hələ də paytaxt küçələrində tıxacdır. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur.

Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi.

İndi BNA rəhbərliyi də zamanında Məmmədovun üsulundan yararlanır.

Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Hər halda 2 ayda 1 milyon manat az vəsait deyil. Ciddi narazılar ordusu yetişdirilir...

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ