SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

Tarix:

6-02-2019, 12:18

/ 1 412 dəfə oxundu.
Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib.

Nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib.

E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da “Qorotdel”in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb.

E.Kazımi bəstəkar Oqtay Kazıminin oğludur. O.Kazımi polis marşı və Çevik Polis Alayının marşını bəstələyib.

Şərhlər

XƏBƏR LENTİ