XalqXəbər.Az

Səfər Mehdiyev keçmiş brokerlə necə yola gedir? - DGK sədri ziyanın yarısından olsa da, qayıdacaq...

yüklənir...
Səfər Mehdiyev keçmiş brokerlə necə yola gedir? - DGK sədri ziyanın yarısından olsa da, qayıdacaq...
5-02-2019, 14:17
yüklənir...

Məlum olduğu kimi, son prezident seçkilərindən sonra Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində ciddi dəyişikliklər oldu. Nəticədə dünənə qədər gömrükdə birinci müavin postunu tutan və adı bir çox qalmaqallarda hallanan Səfər Mehdiyev sədr gətirildi. Maraqlı orası idi ki, gəldiyi ilk gündən Səfər Mehdiyev özünü "islahatçı-yenilikçi" kimi təqdim etməyə başladı və hətta dünənə qədər qəzəbli olduğu keçmiş həmkarlarından bəzilərini, rəqiblərini "islahatların qurbanı" kimi "rasxod"a verməkdən də çəkinmədi.

Elə bir təəssürat yaratmağa çalışdı ki, gömrük sistemi tamamən dəyişib. Belə bir rəyib yaradılması isə ona hava və su kimi lazım idi. Ona görə yox ki, Səfər Mehdiyev yeni vəzifəsində özünü göstərmə zərurətini yaşayırdı. Ona görə ki, Səfər Mehdiyev DGK-nin ömrünün az qaldığını yaxşı bilirdi və lazım idi ki, bu qurumun Vergilər Nazirliyinə birləşdirilməsi ideyası birdəfəlik olaraq gündəmdən yığışdırılsın.

Bu yolda Səfər Mehdiyev müəyyən gedişlərə də baş vurdu "rüşvətə və xəyanətə" qarşı barışmaz olduğunu nümayiş etdirdi və ardından gömrükdə inhisarçılığı sübut edən faktın olacağı təqdirdə istefaya gedə biləcəyini bəyan edərək dahiyanə fikirlərini də ictimailəşdirdi. Əslində isə bütün bunlar Səfər Mehdiyevin işində necə səriştəsi olmasını bir daha sübutlamış olduğunu və daha çox pafosla vəziyyətdən çıxmağa çalışdığını ortaya qoydu.

Bütün bunları qeyd edən məlumatlı mənbə bildirir ki, Səfər Mehdiyev əslində gömrük sisteminin çirkablıqlarından (qeyd: rüşvət və korrupsiyanı çirkablığa keçmiş Bakı meri cənab Abutalıbov bənətmişdi -red.) gələn bir fiqur kimi heç bir halda yenilikçi ola bilməzdi:

"Yəni bu gün gömrükdə nə rüşvətdən vaz keçilir, nə də monopoliya ləğv olunub. Bariz nümunə isə təbii ki, keçmiş broker Əbülfəz Məlikovdur. Doğrudur, bu gün onlarla məmura söykənən digər inhisarçı şəbəkələr də fəaliyyətdədir. Amma onlar yetərincə işıqlandırılmayıb. Səfər Mehdiyev isə Əbülfəz Məlikovu yaxşı tanıyır.

Buna rəğmən yanında saxlayır. Maraqlıdır: görəsən, onlar necə yola gedirlər? Çünki xəyanəti bağışlamayacağını bildirən Səfər Mehdiyev yaxşı bilir ki, Əbülfəz Məlikov kimlərə xəyanət edərək onun yanında kök salıb. Digər tərəfdən, Əbülfəz Məlikovun gömrükdəki mövcudiyyəti bu gün Səfər Mehdiyevi istefaya yönəldəcək səbəb kimi çıxış etməkdədir. Bu baxımdan onların ittifaqı kifayət qədər ilginc çalarlarla zəngindir".

Mənbə açıqlamasında onu da bildirir ki, günlərin birində bu biznes izdivacı iflasa uğrayacaq: "Əbülfəz Məlikov elə etibarlı bir sima deyil ki, onunla uzun müddətə yol gedilsin. Onunla uun müddət yol gedənlər indi peşmandırlarsa, Səfər Mehdiyev iyanın yarısından da olsa, qayıdacaq..."

DİA.AZскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.