SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əhmədzadəni bitirən Avropa kəhkəşanı: oliqarx-məmur gedir, ASC ləğv edilir...

Əhmədzadəni bitirən Avropa kəhkəşanı: oliqarx-məmur gedir, ASC ləğv edilir...

Tarix:

30-01-2019, 20:45

/ 1 767 dəfə oxundu.
Əhmədzadəni bitirən Avropa kəhkəşanı: oliqarx-məmur gedir, ASC ləğv edilir...

“Su və Meliorasiya Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadə həyəcan içindədir. İllərlə talan edib topladığı sərvətin ifşası həyatını alt-üst edib.

Cahan.info xəbər verir ki, indi Əhmədzadə özünə yer tapmır, qəzəblidir, hətta agent axtarır. Elə fikirləşir ki, onun ailə biznesinin, Avropadakı əmlaklarının üzə çıxması öz adamlarının işidir.

Lakin işin başqa tərəfi budur ki, istərsə hava haqqında məlumat verən keçmiş ekologiya naziri Hüseynqulu Bağırov olsun, istərsə su təsərrüfatına baxan Əhməd Əhmədzadə olsun, digər yağlı vəzifələrin sahiblərindən geri qalmayaraq, ölkəni büdcəsini sümürüb özlərinə Avropada kəhkəşanlar qurublar.

Bu faktlar real sənədlər əsasında təqdim olunur. Bundan sonra söz ölkə rəhbərliyinindir və gözləniləndir ki, Əhmədzadə postunda çox qalmayacaq. Üstəlik, yaş amili də var.

Dövlət başçısının apardığı kadr islahatlarının davamı olaraq Əhmədzadənin vəzifədən azad olunması, o qurumun ləğvi çoxdan yetişib. Çünki bu sahədə heç bir iş görülməyib.

Hətta məlum olur ki, Əhmədzadənin adından bir adamı həmin məlumatları yayan xaricdəki jurnalistə rüşvət təklif edib. Cavanşir Həsənlinin sözlərinə görə, "məlumat ötürənin" adını deyəcəyi təqdirdə, "sifarişçinin ödədiyinin ikiqatını" vəd eləyiblər.

Bu otellər, şirkətlər hansə pulla alınıb? Necə olur ki, ancaq məmur övladları Londonda, Praqada, Avropanın ən bahalı yerlərində biznesə, əmlaka sahiblənirlər?

Hansı pulla, kimin hesabınadır bunlar? Cümənin bəxti onda gətirib ki, atası vəzifəli şəxsdir. Məhz onun sayəsində olub.

Onun heç bir istedadı yoxdur ki, bu sərvətə sahiblənsin. Bütün bu talan, yığım göstərir ki, artıq məmurların fəaliyyəti təftiş olunmalıdır. Prezident suvarma sisteminin inkişafına pul ayırır, Əhmədzadə oğluna Avropada malikanələr qurur.

Cahan.info qeyd edir ki, Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadə evlidirlər.

Jurnalist C.Həsənlinin araşdırması zamanı məlum olub ki, onların Britaniyada sahib olduqları Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).

Devalvasiya ilində Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil alıblar.

Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən yaxud 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən Seda Zirek Design şirkətindən alıblar.

Gyunel Limiteddən başqa Cümə Əhmədzadənin Globally LTD şirkəti də olub. Bu şirkət 2012-ci ilin dekabrın 8-də 07875402 saylı lisenziya alaraq qeydiyyatdan keçib. Şirkət Əhmədzadəyə aid olan 32 Woodstock Grove London ünvanında fəaliyyət göstərib və brend malların satışı ilə məşğul olub, 2014-cü ilin 25 martında qapadılıb.

2013-cü ilin sonlarında Əhməd Əhmədzadənin oğlu və Elman Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.

Əhmədzadənin oğlun bu işlərdə Elçin Kazımov kömək edib. Kimdir Elçin Kazımov? O 10 ildən bəridir ki, Çexiyada yaşayır, vaxtilə Milli Bankda, Elman Rüstəmovun yanında çalışıb.

Hazırda Milli Bank rəhbərinin ən etibarlı adamlarından biri kimi kürəkənin Çexiyadakı biznes şəbəkəsini idarə edir.

Maraqlıdır ki, Kazımov həm də vaxtilə keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin yaxın adamı olmuş Rüfət İmamverdiyevlə şərik şirkətlər də qurub.

Elman Rüstəmovun kürəkəninin Elçin Kazımovun adına Çexiyada qeydiyyatdan keçirdiyi Budweis trading s.r.o.-nun şəriki də Rüfət İmamverdiyev olub.

Şirkət 2009-cu ilin oktyabrın 1-də qeydiyyatdan keçib və Əhməd Əhmədzadənin oğluna məxsus ünvanda yerləşir.Rüfət İmamverdiyev vaxtilə Beynəlxalq Bankın London ofisinin rəhbəri olub.

Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir.

İmamverdiyev keçmiş Beynəlxaq Bank rəhbərinin Londondakı biznesini, o cümlədən Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın və onun qızı Leyla Yüzbaşovanın (sonradan Eldar Mahmudovun oğlu Anar Mahmudovla evlilikdən sonra Mahmudov soyadını götürüb) 2008-ci ildə Çexiyada təsis etdikləri Leco s.r.o. (Leco – Leyla corporation) şirkətini idarə edib.

Maraqlıdır ki, Hacıyevlərin Çexiyadakı şirkətinin icraçı direktoru vəzifəsini icra edən şəxs Əhmədzadənin şirkətlərində rəhbər vəzifə tutan Yuriy MIROSHNICHENKO-nun həyat yoldaşı Viktoriya MIROSHNICHENKO olub və bu şirkət də 2012-ci ildən Əhmədzadəyə məxsus ünvanda fəaliyyət göstərib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ