SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Məni zorladı, zorla İslamı qəbul etdirdi, kölə kimi davrandı" - Müsəlmana ərə gedən avstraliyalı qadın

"Məni zorladı, zorla İslamı qəbul etdirdi, kölə kimi davrandı" - Müsəlmana ərə gedən avstraliyalı qadın

Tarix:

26-01-2019, 15:04

/ 1 832 dəfə oxundu.
"Məni zorladı, zorla İslamı qəbul etdirdi, kölə kimi davrandı" - Müsəlmana ərə gedən avstraliyalı qadın

"O, sanki tanış olduğum insan deyildi. Məni ac saxlayır, döyür, kölə kimi davranırdı. Sonra zorla İslamı qəbul etdirdi. Halbuki ora yollananda arzularımın kişisini tapdığımı düşünürdüm".

30 yaşlı avstraliyalı Lara Holl artıq sabiq əri, pakistanlı Səccad barədə belə deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Lara Səccadla tanış olandan sonra onlar yazışmağa başlayıblar. Bir qədər keçib, Səccad ona aşiq olduğunu deyib, evlənməyi təklif edib. Lara da təklifi qəbul edib, Pakistanın Lahor şəhərinə yollanıb.

Lahorda sevgilisini qarşılayıb evinə aparandan sonra Səccad, sanki, dəyişərək başqa adam olub. O, qadını döyür, təhqir edir, "cəza" qismində ac saxlayırdı. Üstəlik, Laranı döyərək dinini dəyişməyə və İslamın qəbuluna vadar edib.

Hər halda Lara Holl belə deyir.

Onun sözlərinə görə, Səccadın Lahor şəhərində ispan memarlığı stilində tikilmiş villasında yaşayacağını düşünürdü.

Hər şey Lara Holun qatarda pakistanlı Rianna ilə tanış olmasından sonra başlayıb.

Daha sonra Rianna onu ailəsi ilə tanış edib.

"Çox yaxşı, mədəni ailə idilər. Orada Riannanın qohumu Səccadla tanış oldum, yazışmağa başladıq. Məni sevdiyini, evlənmək istədiyini söylədi. Mən də inandım, Səccadın yaşadığı Lahora yollandım", - Lara Holl söyləyib.

Səccadın sözlərinə görə, o da Lara kimi hüquqşünas idi və vəkillik praktikasına hazırlaşırdı.

Gerçəklik isə çox acı olub.

Səccad ailəsi ilə birlikdə yaşayırdı. 5 otaqlı evdə 20 nəfər vardı.

Avstraliyalı qadın Lahordakı AFOHS elitar klubunun icraçı direktoru Qeysər Rafiqin köməyi ilə qaça bilib.
"Məni zorladı, zorla İslamı qəbul etdirdi, kölə kimi davrandı" - Müsəlmana ərə gedən avstraliyalı qadın
"Məni zorladı, zorla İslamı qəbul etdirdi, kölə kimi davrandı" - Müsəlmana ərə gedən avstraliyalı qadın
"Məni zorladı, zorla İslamı qəbul etdirdi, kölə kimi davrandı" - Müsəlmana ərə gedən avstraliyalı qadın

Şərhlər

XƏBƏR LENTİ