SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfər Mehdiyev Mikayıl Cabbarova müavin gətirilə bilər... - İDDİA

Səfər Mehdiyev Mikayıl Cabbarova müavin gətirilə bilər... - İDDİA

Tarix:

26-01-2019, 14:42

/ 2 055 dəfə oxundu.
Səfər Mehdiyev Mikayıl Cabbarova müavin gətirilə bilər... - İDDİA

Dövlət Gömrük Komitəsində (DGK) islahatlar gözlənilir. Bu barədə DİA.AZ-a qurumdakı mənbəı məlumat verib. Mənbə iddia edir ki, gözlənilən struktur islahatları əslində yekunda DGK-nin özünün ləğvinə gətirib çıxaracaq.

Xatırladaq ki, buna qədər də DGK-nın ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi ideyası mövcud idi. Lakin sonradan dövlət rəhbərliyi bu fikirdən daşınmış kimi göründü. Lakin son baş verən islahat prosesi fonunda DGK kimi qurumların da hədəf ola biləcəyini artırır.

Bununla bağlı danışan mənbə bildirir ki, səfər Mehdiyevin fəaliyyəti son olaraq prezident tərəfindən təqdir olunsa da, dövlətin ümumi siyasətinin diqtə edəcəyi təqdirdə DGK-nın ayrıca qurum kimi işinə davam etməsi imkansız ola bilər.

Mənbənin söylədikləri: "Təbii ki, son olaraq Azərbaycanda bir-birinə alternativ təşkil edən qurumların ləğv edildiyini görürük. Eyni zamanda dövlət aparatının daha mobil və səmərəli fəaliyyəti üçün oxşar qurumların birləşdirilməsi də müşahidə olunur. Bu fonda DGK-nin Vergilər Nazirliyinə tabe etdirilməsi əslində dövlətin işinə yaranayn addımdır".

Mənbə iddia edir ki, artıq sözügedən ideya yətarincə kök salıb. Dia.az-a söylənilənlər: "Yaxın vaxtlarda belə bir addım atıla bilər. Təbii ki, səfər Mehdiyev bu zaman işsiz qalmayacaq. Onun Mikayıl Cabbarova müavin gətirilməsi nəzərdə tutulub".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.Az

Şərhlər

XƏBƏR LENTİ