SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » MTN şefi qohumu Beytulla Hüseynovu azadlığa buraxdırır?- “Rabitə işi”ndə sensasiya...

MTN şefi qohumu Beytulla Hüseynovu azadlığa buraxdırır?- “Rabitə işi”ndə sensasiya...

Tarix:

21-01-2019, 23:09

/ 1 236 dəfə oxundu.
MTN şefi qohumu Beytulla Hüseynovu azadlığa buraxdırır?- “Rabitə işi”ndə sensasiya...

Ali Məhkəmənin hakimi Əli Seyfəliyev əlavə heç bir yüngülləşdirici əsas olmadan, 7 il 6 ay cəza müddətinin 1 il 2 ayını çəkmiş rabitə işinin əsas fiqurantı Beytulla Hüseynovu azadlığa buraxmağa hazırlaşır.

Məlumata görə, yanvarın 16-sı Beytulla Hüseynovun azadlığa çıxacağı gün ola bilər.

İddialar səslənir ki, Beytulla Hüseynovun azadlığa çıxması üçün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov əlindən gələni əsirgəmir.

Beytulla Hüseynov Eldar Mahmudovun yaxın qohumudur. Onun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyinatı da məhz Eldar Mahmudovun sabiq rabitə naziri Əli Abbasova təzyiqləri nəticəsində baş tutub.

Əli Abbasov “MTN işi” üzrə istintaqda ifadə verərkən bir daha təsdiqlənmişdi ki, Beytulla Hüseynovu Eldar Mahmudovun təkidi ilə baş direktor vəzifəsinə təyin edib.

Əli Abbasovun Mahmudovun generalları - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının işi üzrə ibtidai istintaqda dediklərindən sitat:

“Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim.

Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik.

Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim.

Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.

BTRİB-in eks rəhbəri Beytulla Hüseynovun cinayət işi Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Əli Seyfəliyevin icraatındadır.

Sabiq MTN naziri Eldar Mahmudovun qohumu, hazırda həbsdə olan Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin (BTRİB) keçmiş baş direktoru Beytulla Hüseynovun milyonluq villası ətrafında vaxtilə böyük qalmaqal yaşanıb.

Həbs edilən MTN generallarının cinayət işi materiallarından görünür ki, Beytulla Hüseynov villasını satmaq istəyərkən aldadılıb. O, problemin həlli üçün Eldar Mahmudova müraciət edib. MTN-in işə qarışması isə bir neçə iş adamının başına oyun açıb.

Əslində hər şey Beytulla Hüseynovun yeznəsi ilə birlikdə ucuz qiymətə villa alıb təmir edərək baha qiymətə satmaq arzusu ilə başlayıb. Villanı alan şəxs isə nağd pulunun olmadığını deyib.

Ödənişi isə evi banka girov qoyaraq götürəcəyi pula edəcəyini deyib. Beytulla Hüseynov bununla razılaşıb, amma ev banka girov qoyulsa da pulunu ala bilməyib. Villanı banka girov qoyan şəxs daha sonra götürdüyü krediti ödəmədiyi üçün əmlak satışa çıxarılıb.

Villası əlindən çıxan B.Hüseynov qohumu olan Eldar Mahmudova müraciət edib. Bundan sonra MTN əməkdaşları bu işdə adı keçən hər kəsi öz üsulları ilə cəzalandırıblar.

Cinayət işi materiallarından görünür ki, milyonluq villa epizodu üzrə Beytulla Hüseynov dindirilib. O, deyib ki, həmin evi bacısı Nəzakət Zamanovanın əri Taryel Zamanovla birlikdə 2011-ci ildə alıblar. Məqsəd isə evi təmir edib baha qiymətə satmaq və əlavə pul qazanmaq olub.

B.Hüseynov evi 900 min manata Murad Quliyev adlı şəxsə satmağa razılaşdıqlarını deyib:

“Muradın həmin vaxt əlində nağd pulu yox idi. Murad Quliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifəli şəxs idi. Evi banka girov qoyub pul götürəcəkdi.

Ödənişi də bu şəkildə edəcəkdi. Yeznəm Tariyel Zamanovun adından Muradın tanışının adına etibarnamə verdirdim. Ancaq bir neçə ay keçsə də ödənişi etmədi”.

Beytulla Hüseynov etiraf edib ki, pulunu ala bilmədiyi üçün sabiq MTN-ə müraciət edib. Bundan sonra 2015-ci ildə MTN əməkdaşı Natiq Alıyev ona zəng edib. Alıyev evin bakın girovluğundan çıxarılması üçün 383 min manat lazm olduğunu deyib.

B.Hüseynov ifadəsində bildirib ki, həmin pulun 300 min manatını Murad Quliyev verib: “MTN əməkdaşalrı 300 mini Muraddan almışdılar. 83 min manatın isə mənim ödəməli olduğumu dedilər. Pulu ödəyəndən sonra ev yenidən Tariyel Zamanovun adına keçirildi”.

Beytulla Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsənə) maddəsi ilə ittiham olunur. Bu epizod üzrə B.Hüseynovun dövlət büdcəsindən təxminən 12 milyon manat mənimsədiyi aşkarlanıb.

Belə ki, B.Hüseynov rabitə tikililərinin inşa edilməsi üçün büdcədən ayrılan pulları faktiki olaraq özünün rəhbəri olduğu, formal olaraq isə Emin Məmmədov və Bayram Vəliyevin idarə etdiyi şirkətlər vasitəsilə “yuyub”.

Yəni, binaların inşası, telefon və internet xətlərinin çəkilməsi üçün elan edilən tenderdə qanunsuz müdaxilə ilə bu şirkətlər qalib elan olunub.

B.Hüseynov bunun müqabilində isə ayrılan pulun 35-40 faizini özünə götürüb. Uzun müddət bu formada işləyib və ümumi olaraq dövlətin 12 milyon manatını bu yolla mənimsəyib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ