SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » FETÖ-çu generalın Bakıda kimlərlə əlaqəsi olub? - Sensasion iş üstə başlar “kötük”də...

FETÖ-çu generalın Bakıda kimlərlə əlaqəsi olub? - Sensasion iş üstə başlar “kötük”də...

Tarix:

15-01-2019, 22:47

/ 1 654 dəfə oxundu.
FETÖ-çu generalın Bakıda kimlərlə əlaqəsi olub? - Sensasion iş üstə başlar “kötük”də...

Azərbaycanda yeni bir FETÖ işi başlanır. Bu gedişlə Fıətullah Gülənin təşkilatı Türkiyə kimi, Azərbaycanda da terror qruplaşması elan oluna bilər.

Cahan.info-nun verdiyi məlumata görə, vaxtilə Gülənlə əlaqələri faş edilmiş sabiq PA məmuru Elnur Aslanov, digərlərinin, iqtisadi və media quruluşlarının qapadılması ilə məsələ gündəmdən çıxmışdı.

Amma Türkiyədə 2017-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin ardınca Ankaranın istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanları da yenidən Fətullah Gülənin təriqətinə (FETÖ) qarşı təhqiqat başladıb.

Bu təhqiqat çərçivəsində 15 iyul hərbçi çevriliş planının lideri hesab edilən ordu generalı, Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də dindirilib.

“YeniŞafak” qəzetinin yazdığına görə Azərbaycanın prokurorluq orqanları iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıq əsasında Türkiyənin Ədliyyə Nazirliyinə general Akın Öztürkə yönəldilməli olan 10 sual göndərib. Həmin suallar Akın Öztürkün Azərbaycandakı əlaqələri barədə olub.

Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət prokurorluğuna göndərib.

Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanasından jandarmanın müşaiyəti ilə Ankara Ədliyyəsinə aparıb.

Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə məqamlarının göndərdiyi sualları Öztürkə yönəldib.

Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.

Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ təhqiqatı ilə bağlı bu təriqətin gizli strukturları, maliyyə və təhsil sahəsindəki fəaliyyətləri, gizli xəbərləşmə metodları barədə də məlumatları Türkiyə tərəfindən istəyib.

Virtualaz.org xəbər verir ki, general həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına zəng vurduğunu bildirib. General Akın Öztürk 15 iyul hadisələri zamanı Yüksək Hərbi Şuranın üzvü olub.

Qiyamçıların tərəfində olan F-16 təyyarələri generalın kürəkəni, polkovnik Hakan Karakuşun komandanı olduğu Akıncı hərbi hava bazasından qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı.

Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı.

İstintaq materiallarına əsasən general hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Bu barədə 2017-ci ilin aprelində Türkiyə mediasında yazılmışdı və Akın Öztürkün Azərbaycanda hansı mobil telefon nömrəsinə zəng vurduğu da açıqlanmışdı.

Lakin həmin telefon nömrəsi (051 660 00 38) hazırda bağlıdır, istifadə olunmur. Türkiyə mətbuatının yazdığına görə Öztürkün bu nömrəyə iki dəfə zəng vurduğu müəyyən olunub.

O baxımdan Azərbaycan prokurorluğunun göndərdiyi suallar gizlinlərin üstünü aça bilər və Bakıda istintaqa cəlb olunanların mümkünlüyü istisna edilmir.

Hazırda bu məsələdən kimlərin təşvişə düşdüyü əhəmiyyətlidir və prokurorluq bu məsələləri üzə çıxarmağa çalışır. Görünən budur ki, başı “kötük” üstə olan şəxslər var və onları çevriliş etmək istəyən generalla bağlı olublar.

"Sabah” qəzeti yazmışdı ki, "FETÖ-Azərbaycan hesabatı” adlı hesabatda FETÖ-nun beynəlxalq miqyasda fəaliyyəti və istifadə etdiyi metodlar, Türk Cümhuriyyətlərində necə təşkilatlanması, terror təşkilatı üçün ən kritik ölkələrdən birinin də Azərbaycan olması barədə danışılır.

MİT-in hazırladığı hesabatda deyilir ki, FETÖ Azərbaycan və digər ölkələrdə enerji layihələrini idarə etməyə çalışır, TANAP qaz kəməri layihəsi də bu çərçivədə təşkilatın hədəfləri sırasındadır.

Azərbaycan Baş prokurorluğuna göndərilən dosyedə FETÖ-nun Azərbaycanda təhsil müəssisəsi adı altında azı 28 özəyinin yer aldığı göstərilir.

Habelə dosyedə 15 iyul hərbi çevriliş cəhdinə görə həbs olunanların ifadələrindən detallar da yer alır, Türkiyənin FETÖ üzvü kimi axtarışa verdiyi şəxslərin siyahısı da Bakıya təqdim olunur.

Qeyd edək ki, Azərbaycandpa Fətulla Gülənə aid olan məktəblər artıq qapanıb və yaxud da dövlət nəzarətinə keçib. Lakin heç kimə sirr deyil ki, Gülənə aid şəbəkə tək məktəblərdə yerləşməmişdi.

20 ildən artıq bir zaman kəsiyndə Gülən şəbəkəsi Azərbaycanın bir çox dövlət qurumlarında yerləşib və bu gün bu şəbəkənin ifşası əsas məsələrdən biri hesab olunmaqdadır.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ