SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda bəzi məhbuslara niyə yeni ittihamlar irəli sürülür?

Azərbaycanda bəzi məhbuslara niyə yeni ittihamlar irəli sürülür?

Tarix:

5-01-2019, 14:11

/ 1 448 dəfə oxundu.
Azərbaycanda bəzi məhbuslara niyə yeni ittihamlar irəli sürülür?

Həbsdə olan bloqçu Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb. O, cəzaçəkmə müəssisəsinin işçisi olan zabitə qarşı zor tətbiq etməkdə və üzərində qadağan olunmuş məbləğdə pul saxlamaqda təqsirləndirilir.
Bloqçu buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb.
Mehman Hüseynovun vəkili Şəhla Hübbətova BBC News Azərbaycancaya deyib ki, "hazırda Mehmanın vəziyyəti yaxşı deyil, orqanizmi çox zəifləyib".
Məhbusların həbs müddətinin başa çatmasına az müddət qalmış yeni ittihamla üzləşmək halı Azərbaycanda tez-tez müşahidə olunur.
Mehman Hüseynovdan əvvəl ictimaiyyətə bəlli olan bir neçə belə hal daha baş verib.
Gəncə sakini olan Elnur Cavadov həbs müddəti başa çatana yaxın yenidən ittiham olunub və o, ikinci həbs müddətinin sonuna az qalmış fərqli maddə ilə üçüncü dəfə həbs olunub.
Azərbaycan həbsxanaları yayda: “20 nəfərə bir sərinkeşləri var, o da qırılıb”
İlqar Məmmədovun azad edilməsi Azərbaycanda insan haqları üçün nə məna daşıyır?
Onun adının açıqlanmasını istəməyən qohumu BBC News Azərbaycancaya danışıb ki, Elnuru ilk dəfə 2016-cı ilin martın 18-də evdən çağırıb polisə müqavimət maddəsi ilə 30 gün həbs ediblər.
"Çıxmasına iki gün qalmış evinə silah qoyulub və bu dəfə ona qanunsuz silah saxlama maddəsi ilə cinayət işi açıblar. İki il altı ay həbs olunub",- Elnur Cavadovun yaxını bildirib.
Onun sözlərinə görə, "Elnurun ikinci həbs müddətinin başa çatmasına az müddət qalmış onu "karsa salıblar" oradan çıxanda isə guya çantasından kəsici-deşici alət tapılıb və 2018-ci ilin oktyabın beşində yenidən ittiham olunaraq beş ay 25 gün həbs ediblər".
Yaxını deyib ki, "Elnur Cavadov Türkiyədə olduğu dövrdə Facebookda vəzifəli şəxsləri tənqid edən yazı yazdığına görə cəzalandırılır".
Vətəndaş Hüquqları İnistitunun rəhbəri Bəşir Süleymanlı
"Uydurma ittihamlar"
Vətəndaş Hüquqları İnistitunun rəhbəri Bəşir Süleymanlının fikrincə, həbs müddətinin başa çatmasına az qalmış cəza müddətinin artırılması halları "uydurma və qondarmadır".
O, istisna etmir ki, belə hallarla adi məhkum olunan şəxlər də qarşılaşa bilərlər.
"Ölkədə ədalətli mühakimə sistemi olmadığına görə, bunun digər şəxslərə də şamil olunması gözləniləndir. Bu addım siyasi fəaliyyətlə məşğul olan və öz fundamental azadlıqlarını qoruyan şəxslərə qarşı qisas hissinin tərkib hissəsidir. Çox güman ki, onlara hansısa təzyiqlər olub və təziqlərə boyun əyməyən, yaxud da, hər hansı bir şəkildə onların şərtləri ilə razılaşmayanlara qarşı növbəti bir dalğa başlayıb",- hüquq müdafiəçisi belə deyib.
O iddia edir ki, əvvəllər məhbuslar cəzaçəkmə kamerasına salınırdı, onlara qida çatdırılmasına, yaxınları ilə görüşünə, telefonla danışığa məhdudiyyətlər qoyulurdu, "indi isə həbs müddəti başa çatan şəxslərə bu cür cəza verirlər".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov ittihamları əsassız sayır.
O BBC-yə bildirib ki, məhkumlara əlavə ittihamın verilməsi cəzacəkmə müəssisələrinin daxili işidir və intizam qaydasıdır.
"Birincisi bizdə siyasi məhbus yoxdur. Hökumət və dövlət tərəfindən elan edilmiş və qanuni qüvvəyə minmiş ittihamlarla cəzalandırılan insanlar var. İkincisi, qanuna zidd olan hər hansı davranışa hüquqi qiymət verilir. Onların həbsxana xidmətinin qərarına etiraz edə biləcəkləri qurumlar var",- Mehman Sadıqov bildirib.
Azərbaycan: Sizə ölkədən çıxma qadağasını kim, necə və nə zaman qoya bilər?
Azərbaycanda işgəncə varmı?
Bir neçə ay əvvəl oxşar vəziyyətlə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim üzləşib.
Ailəsi onu qarşılamağa hazırlaşdığı vaxtda həbsxanadan onun yeni ittihamla təqsirləndiyi xəbərini alıb.
"29 sentyabrda da getdim, dedilər Kürdəxanıya aparılıb və mən Penitensiar xidmətdən öyrəndim ki, məhkəmə atam haqqında iki aylıq həbs qərarı qəbul edib. Guya ki, cəzaçəkmə müəssisəsində axtarış-baxış tədbiri keçirəndə onun yataq yerindən kəsici-deşici alət aşkar olunub",- Məmməd İbrahimin oğlu Turan İbrahim deyib.
Məmməd İbrahimin oğlu BBC News Azərbaycancaya deyib ki, nə atası, nə də özü atasının bu qaydada ittihamla qarşılaşmasının dəqiq səbəbini bilmir.
O, hesab edir ki, Məmməd İbrahimin həbsi siyasi şifarişdir və bu addımla onun həbsdən çıxıb yenidən siyasi fəaliyyətlı məşğul olmasının qarşısını almağa çalışırlar.
Təhlilçilər deyir ki, Məmməd İbrahimdən başqa keçmiş səhiyyə naziri Əli İnsanovun da məhbəs həyatı bitənə yaxın yenidən bir neçə cinayət maddəsi ilə təqsirləndirilməsi onun "cəzalandırılmasının" göstəricisidir.
Yerli mediasa yayılmış məlumatlara görə, Əli İnsanov həbsxanada ona müraciət edən məhkumları "səhv müalicə etməkdə" təqsirləndirilib.
Cənab İnsanova qarşı üç maddə irəli sürülüb, onun vəkili Toğrul Babayev mediaya bildirib.
O, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması" maddələri üzrə ittiham olunub.
Vəkili bildirib ki, Əli İnsanov ifadə verməkdən imtina edib və "irəli sürülən ittihamların heç birini qəbul etməyib".
Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası
Azərbaycanda qadın məhbusların gigiyenik "vasitə çatışmazlığı"
Təhlilçi Bəşir Süleymanlı hesab edir ki, "bu hal həm də azadlıqda olan jurnalistlərə, ictimi fəallara mesajdır ki, siz az miqdarda həbs alsanız belə sizin içəridən çıxmaq şansınız olmaya bilər. Beləkiklə bu həmçinin o insanları qorxutmağa hesablanır".
"Penitensiar müəssisə qapalı yerdir və orada ən ideal məhkuma belə cinayət işi qaldırmaq olar. Vəzifəlilərin əlində həbsxananın daxili qaydaları, digər məhkumlar vasitəsiylə provokasiya və başqa bəhanələr var. Orada hər kəs rəhbərlikdən asılıdır və istənilə məsələdə şahid tapılıb istənilən maddə ilə cinayət işi açıla bilər",- Bəşir Süleymanlı belə deyib.
Hüquq müdafiəçisi onu da deyib ki, "qapalı müəssisədə əgər kəsici-deşici alət varsa birinci araşdırılmalıdır ki, bu alət necə keçirilib. Ancaq təbii ki, heç kim bu suala cavab vermək istəmir və ictimaiyyətə bu barədə məlumat verilmir".
Dövlətin cəzaçəkmə müəssisələrinə nəzarət edən qurumundan isə ittihamlara cabav olaraq bildiriblər ki, "rəsmi olaraq soyuq silahların cəzaçəkmə müəssisəinə necə keçirilməsi ilə bağlı xüsusi istintaq aparılıb".
"Silahların necə keçirilməsi ilə bağlı istintaqın nəticələri bizə bəllidir, ancaq bu rəsmi araşdırma olduğundan o materialların yayılmasını zəruri hesab etmirəm",- Penitensiar Xidmət rəsmisi deyib.
Azərbaycan: 2018-ci ildə insan haqları ilə bağlı nə baş verib?
CPT: Azərbaycanda "işgəncə...sistemlidir və geniş yayılıb"
İctimai nəzarəti həyata keçirməli olan qurum isə "gedişata təsir gücünün olmadığını" deyir.
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı bildirib ki, belə hallar onlar üçün suallar doğurub.
"Bu məsələləri aarşdırırıq. Bəzi hallarda bu məsələlərə şərh vermək mənim üçün çətin olur. Çünki fakt bir şeydir, amma məhbusun son müddətdə belə bir vəziyyətə düşməsi müəyyən suallar doğurur",- Səadət Bənənyarlı belə deyib.
Komitə təmsilçisinin sözlərinə görə, "yaranan suallar araşdırılması üçün dövlət qurumuna göndərilir, amma bəzi suallar cavabsız qalır".
Səadət Bənənyarlı bildirib ki, cavabsız qalan suallarına "heç olmasa məhkəmələrdə cavab tapılmasını istəyir".
APA-nın bağlanmasına reaksiyalar: "Azad sözə təsir etməyəcək, bizdə azad söz yoxdur"
Nils Muiznieks: "Azərbaycandakı ciddi insan haqları vəziyyəti artıq bütün Avropa Şurasının diqqətini cəlb edib"
"Hicab məhbusu"
Hazırda məhkum həyatı yaşayan Telman Şirəliyevin həyat yoldaşı Zeynəb Şirəliyeva ailəsinin başına gələnləri danışır.
"2012-cildə Təhsil Nazirliyinin qarşısında üçüncü hicab aksiyası keçirirlirdi və onda Telmanı həbs etdilər. Ona polisə müqavimət və qanunsuz toplaşmaq maddələri həbs verdilər. 2018-ci ilin oktyabrın beşində həbsdən buraxılmalı idi. Amma həbsinin bitməsinə 15-20 gün qalmış onun yatağından guya kəsici-deşici alət tapdılar və yenidən beş ay 18 gün müddətində həbs ediblər",- Zeynəb Şirəliyeva belə deyib.
Şirəliyevin həyat yoldaşının sözlərinə görə, "Telmana bir neçə dəfə əfv ərizəsi imzalatmaq istəyiblər, o da imzalamayıb ki, mənim heç bir günahım yoxdur, deyiblər ki, imza etmədiyin üçün başın ağrıyacaq".
Fazil Mustafa: "Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır"
"Saxlanan şəxsin bununla bağlı ailəsinə dərhal məlumat vermək hüququ var"
Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə hesab edir ki, belə hallar qanuna uyğun araşdırılmalıdır.
"Belə hallar olur, amma bu daha çox kriminal fəliyyəti ilə fərqlənən şəxslərə qarşı olur. Hər halda keçmişdə siyasi fəaliyyəti olmuş insanlara qarşı bunu edəndə təbii ki, müəyyən narazılıqlar doğura bilir. Əgər kimsə siyasi baxışlarına görə cəzaldarılırsa, qanunvericilikdə bu qansuz hesab edilir və buna görə tədbirlər görülməlidir",- Fazil Mustafa belə deyib.
O bildirib ki, "bütövlükdə məsələnin dəqiq araşdırılmasına ehtiyac var".
"Qərəzli yanaşma da ola bilər mən bunu istisna etmirəm, amma şəxslərə qarşı törədilən hər bir əməlin təfsilatı ortaya qoyulmayınca konkret fikir bildirmək də çətin olur",- millət vəkili sözlərinə əlavə edib.
Azərbaycanda İnsan Haqları üzrə müvəkkilin ofisindən isə məsələni şərh edərkən bildiriilər ki, qurum müraciətlə bağlı öz mandatı çərçivəsində və səlahiyyəti daxilində tədbirləri həyata keçirir.
Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə BBC News Azərbaycancaya deyib ki, Mehman Hüseynovdan əvvəl həbs müddəti başa çatmamış şəxslərə qarşı yeni ittihamların elan edilməsi ilə bağlı Ombudsman Aparatına müraciət daxil olmayıb.
Azərbaycan hökuməti ölkədə insanların siyasi baxışlarına görə təqib olunmadığını dəfələrlə bəyan edib.

Şərhlər

XƏBƏR LENTİ