SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanda ŞOK olay: Vasif Talıbov məşhur gömrük rəisini intihara vadar etdi

Naxçıvanda ŞOK olay: Vasif Talıbov məşhur gömrük rəisini intihara vadar etdi

Tarix:

31-12-2018, 12:51

/ 7 584 dəfə oxundu.
Naxçıvanda ŞOK olay: Vasif Talıbov məşhur gömrük rəisini intihara vadar etdi

Dünən Naxçıvanda Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov intihar edib.

AzToday.az-a daxil olan məlumatlara görə, son günlər mütəmadi olaraq muxtar respublikanın Daxili İşlər Nazirliyinə çağrılan Mirməhəmməd Seyidov dekabrın 30-u səhər saatlarında özünə odlu silahdan atəş açaraq həyatına son qoyub. Məlumatda bildirilir ki, ürək nahiyəsindən xəsarət alan sabiq gömrük rəisinin həyatını xilas etmək mümkün olmayıb.

Axşam saatlarında mərhumun cənazəsi ailə üzvlərinə təhvil verilib.

2013-cü ildə Türkiyədə həbs olunan və rəsmi Bakının xahişi ilə azadlığa buraxılan Mirməhəmməd Seyidov Naxçıvanın daxili işlər naziri Fazil Ələkbərovun şəxsən ona və yaxın qohumlarına verdiyi işgəncələrin sonunda intihar etdiyi bildirilir. Belə ki, sabiq gömrük rəisinin bacısı oğlu Şahin Şükürov muxtar respublikanın Daxili İşlər Nazirliyinə izahat vermək adı altında çağrılaraq saxlanılıb. Dekabrın 29-da Fazil Ələkbərovun şəxsən Şahin Şükürova işgəncə verdiyi məlumatda əksini tapıb. Dekabrın 30-da isə Mirməhəmməd Seyidovun gözü qarşısında Şahin Şükürov işgəncələrə məruz qoyulub. Ünvanına söyüş və təhqirlər səsləndirilib. Buna etiraz edən Mirməhəmməd Seyidov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun qudası olan Fazil Ələkbərovun göstərişi ilə döyülərək, təhqir edilib. Bundan sonra isə Mirməhəmməd Seyidov intihar etmək məcburiyyətində qalıb.

Mənbənin sözlərinə görə, Fazil Ələkbərov bu ilin noyabrın 26-da vəzifədən çıxarılan Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədova qarşı Mirməhəmməd Seyidovdan ifadə almaq üçün ona və yaxınlarına işgəncələr və psixoloji təzyiqlər göstərib.

Hadisənin təfərrüatları ilə bağlı daha geniş məlumat verməyə çalışacağıq. Naxçıvan MR Daxili İşlər Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq…

Aztoday.az
Naxçıvanda ŞOK olay: Vasif Talıbov məşhur gömrük rəisini intihara vadar etdi
Naxçıvanda ŞOK olay: Vasif Talıbov məşhur gömrük rəisini intihara vadar etdi

Şərhlər

XƏBƏR LENTİ