XalqXəbər.Az

Keçmiş MTN işçisinin Bakıda güllələnməsinə dair yeni təfərrüatlar üzə çıxdı - VAHABOV SEKSUAL MANYAK İMİŞ?

yüklənir...
Keçmiş MTN işçisinin Bakıda güllələnməsinə dair yeni təfərrüatlar üzə çıxdı - VAHABOV SEKSUAL MANYAK İMİŞ?
26-12-2018, 16:20
yüklənir...

Ötən həftə, dekabrın 20-də Bakının Xətai rayonunda, Sadıqcan küçəsində yerləşən çoxmərtəbəli yeni yaşayış binalarından birinin həyətində avtomobilində güllələnən biznesmen, ləğv edilmiş MTN-nin keçmiş əməkdaşı Fariz Vahabov barəsində yeni təfərrüatlar üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, Vahabovun fəaliyyətinin nə onun keçmişdəki xidməti fəaliyyəti, nə biznesi ilə bağlı olmadığı haqda deyilənlər təsdiqlənir. Onun qadın məsələsinə görə öldürüldüyü əsas versiya kimi araşdırılır və üstəlik Vahabovun seksual manyak olduğu haqda da danışılır.

Ötən gün hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər vermişdik ki, 45 yaşlı (yaxud bəzi mənbələrə görə 48 yaşlı) Vahabovun güllələnməsinin qadın məsələsi ilə əlaqəli olduğu barədə əsas versiya istintaqda araşdırılır. Və artıq bu işlə bağlı bir nəfər saxlanılıb.

Bu səs-küylü qətllə bağlı yeni məlumatlara görə Vahabovu “Hyundai” markalı avtomobilində güllələyən şəxs yaxınlıqdakı videomüşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirildiyinə görə saat 19.26-da Vahabov maşınını həyətdə park edib, bu zaman naməlum şəxs qaçaraq yaxınlaşıb və ona bir neçə dəfə atəş açıb. Güllələrdən ikisi keçmiş MTN əməkdaşının sifətinə və sinəsinə dəyib. O, yerindəcə ölüb.

İş üzrə istintaqı Bakı şəhər Prokurorluğu aparır. İstintaq orqanları ilkin olaraq qətlin biznes maraqlarının toqquşması üstündə törədilməsi versiyasını araşdırıblar. Amma bu versiya özünü doğrultmayıb, Vahabovla bağlı əlavə araşdırmalar qətlin qadın məsələsi üstündə baş verdiyinə dair versiyanı önə çıxarıb.

O da məlum olub ki, Vahabov hərbi əks-kəşfiyyatın əməkdaşı olub, Eldar Mahmudovun dövründə MTN-də işləsə də onun qruplaşmasında yer almayıb. “Səhhətinə görə” xüsusi xidmət orqanlarından azad edilib.

Naməlum şəxs Vahabova “Makarov” tapançasından atəş açıb. Amma təhqiqatçılar onun peşəkar killer olduğunu güman etmirlər. Atəş yaxın məsafədən açılıb və bu məsafədən hədəfi başından vurmamaq mümkün deyildi. Həmin şəxsin görüntülərini yaxınlıqdakı bir neçə videomüşahidə kameraları qeydə alıb, bildirilir ki, söhbət orta yaşlı şəxsdən gedir.

Yerli saytlardan biri isə (teleqraf.com) Vahabov barədə daha sensasiyalı iddialara yer verir. Bildirilir ki, bu şəxs seksual manyak olub və yaşadığı ərazidə qadınları şantaj etməsi ilə tanınıb.Məlumata görə, Fariz Vahabov yaşadığı binanın qadınlarını videoya çəkib, onları şantaj edib. Hətta onun öz həyat yoldaşının da intim videosunu çəkdiyi və həmin videonu digər şəxslərə göndərdiyi bildirilir.

Bundan başqa, Fariz Vahabovun qadınları şantaj etməklə onlarla intim əlaqədə olması barədə iddialar var. İstintaq hadisənin baş verdiyi ərazidə olan şəxslərin ifadəsi alınıb. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olduğunu təsdiqlədikləri bildirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.