XalqXəbər.Az

Əbülfəz Məlikov özü üçün yeni komanda yığır - O, gömrük sisteminə yenidən qayıtmaq üçün meyvə ticarətindən çəkilir

yüklənir...
Əbülfəz Məlikov özü üçün yeni komanda yığır - O, gömrük sisteminə yenidən qayıtmaq üçün meyvə ticarətindən çəkilir
10-12-2018, 16:06
yüklənir...

Daxil olan informasiyaya əsasən uzun illər Azərbaycan gömrüyündə böyük söz sahibi olan Əbülfəz Məlikov yeni döməm üçün uzun müddətdir ki, çaba göstərir. "Broker Əbülfəz" kimi ölkənin iri oliqarxları sırasına qoşula bilən, sərvəti milyonlarla ölçülən Məlikov Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevlə anlaşa bilmir. Eyni regiondan olmalarına baxmayaraq Məlikovla Mehdiyevin yolları heç birləşmir.

Gömrük sistemindəki broker imkanlarını sürətlə itirməyə başlayan Əbülfəz Məlikov uzun müddət idi ki, meyvə-tərəvəz idxalı və ölkədə topdansatışına rəhbərlik edirdi. Daxil olan informasiyalardan belə anlaşılır ki, artıq bu biznesinin də böyük bir hissəsini itirmək üzrə olan "Broker Əbülfəz" yenidən gömrük sisteminə qoşulmaq üçün sobataj xarakterli gedişlər etməyə başlayıb.

Məlumatlara əsasən bu günlərdə Sumqayıt Gömrük Postuna rəis gətiriləcəyinə dair xəbərləri də Əbülfəz Məlikov öz ətrafı vasitəsilə dövriyyəyə buraxıb. Lakin DGK-dan bu infiormasiyanın təkzibinə dair verilən açıqlamanın ruhundan da görünürdü ki, xəbər təkzib edilir. Təkzib xarakterli yayılan məlumatda isə qəzəb və çox sərt məqamlar daha çox yer almışdı. Məlumatlara görə, Səfər Mehdiyev də bilib ki, Sumqayıta rəis gətirilməsi xəbərini elə Məlikov özü yaydırıb. İnformasıyada deyilir ki, Mehdiyev bu məlumatı aldıqdan sonra daha da qəzəblənib. Və bildirib ki, ümumiyyətlə gömrük sistemində birmənalı olaraq "Broker Əbülfəz" lə bağlı bütün əlaqələr ləğv edilsin.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.

Gundeminfo.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.