SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Abutalıbovla Zeynalovun “rabitə işi”ndə adı keçən kuryeri – Təşvişdə

Abutalıbovla Zeynalovun “rabitə işi”ndə adı keçən kuryeri – Təşvişdə

Tarix:

5-12-2018, 09:53

/ 1 344 dəfə oxundu.
Abutalıbovla Zeynalovun “rabitə işi”ndə adı keçən kuryeri – Təşvişdə

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun qohumu, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyevin sonuncu dayağı olan sabiq mer Hacıbala Abutalıbovu da itirməsi mövqelərini tamamilə sarsıdıb.
AzEuroNews.com-a Bakıdan verilən xəbərdə iddia olunur ki, BŞİH MKTD rəisinin keçmiş rabitə naziri Əli Abbasova xidməti, V.Zeynalovla birgə həm Ə.Abbasova, həm H.Abutalıbova pul kuryerliyi etmələri, sözügedən departamentin illərlə yol verdiyi maliyyə mənimsəmələri təftiş edilə bilər.
R.Mehrəliyev MTN və rabitə işləri üzrə istintaqın gedişi ərəfəsində ciddi təhlükə ilə üzləşmişdi və “quyruğu qapı arasında” qalmışdı. Onun istintaqa cəlb ediləcəyi təşvişi varıydı.
Lakin o zaman Abutalıbov Zeynalovun qohumu olan kadrı Mehrəliyevi müəyyən vaxta qədər qorumağa müvəffəq olmuşdu. Ancaq onun mer postundan gedişi Mehrəliyevin vəziyyətini yenidən ağırlaşdırıb.
Bakı Liftlər idarəsi direktoru Qüdrət Şükürovun analoji aqibətini yaşamaq riski ilə qarşılaşan Rafael Məhrəliyevin maliyyə maxinasiyaları nəzərdən keçirilir. Bu haqda Afn.az məlumat yayıb.
Eynilə Şükürov da Abutalıbova arxalanmışdı. İndisə Bakı meriyasında bir tufan qopmağa başlayıb və sabiq BŞİH rəhbərinin komandası tək-tək “dənlənir”. Xüsusən də ayağında külli miqdarda yeyinti olanlar “dar ağacına çəkilir”.
Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də edib.
Daha dəqiq desək, bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz o, həyata keçirib. Elə həmin vaxt Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz qohumu Rəfael Mehralıyevi təyin etdirib.
1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub.
Amma V.Zeynalovun işdən qovulması Rəfael Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub.
Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfael Mehrəliyevin də mövqeylərini möhkəmlətməyə nail ola bilib.
Mehrəliyevin Zeynalovun həbsindən dərhal sonra mal-mülkün bir hissəsini Rusiya və Türkiyəyə transfer etməsi barədə söz-söhbətlər gəzir.
Afn.az onu da yazıb ki, R.Mehrəliyevlə yanaşı müavini Vidadi Əliyev də həyəcan içindədir. Hər iki məmurun vəzifədən alınacağı azmış, hətta cinayət işi açılacağı iddiaları səslənir.
Onun Azərbaycandan çıxardığı milyonlarla Çexiyada hotel biznesi qurduğu, qardaşı Mübariz Mehrəliyev tərəfindən idarə edildiyi xəbər verilir.
Bu biznesin qurulması üçün büdcədən talanan milyonlara müavini Vidadi Əliyevin şərik olması onun işini ağırlaşdırıb.
R.Mehrəliyevlə bağlı BŞİH mətbuat xidmətindən zənglərimizə cavab verilmədi və rəsmi açıqlamanı işıqlandıra bilərik.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ