SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » YAP-ın imtina etdiyi Abel yaxşı qurtardı: restoranlarına əl qoyulur - Siyahı

YAP-ın imtina etdiyi Abel yaxşı qurtardı: restoranlarına əl qoyulur - Siyahı

Tarix:

22-11-2018, 17:59

/ 2 075 dəfə oxundu.
YAP-ın imtina etdiyi Abel yaxşı qurtardı: restoranlarına əl qoyulur - Siyahı

BDU-nun sabiq rektoru Abel Məhərrəmovun siyahısı açıqlanan biznes əmlaklarına əl qoyula bilər

Ölkə rəhbərliyinin ona olan qəzəbi soyumayıb.

Sabiq rektor vəzifəsindən azad olunması ilə yaxşı qurtarıb. Onun həbsi belə istisna edilmirdi. Əgər hüquq-mühafizə orqanları çaxır daşınmasını araşdırsa, ciddi məsuliyyət yarada bilər.

Ona görə də ehtimallar səslənir ki, A.Məhərrəmovun mərhələli şəkildə obyektlərinə əl qoyulacaq, restoranları müsadirə ediləcək.

Unikal.org-un açıqadığı siyahıha görə, keçmiş rektora məxsus “EL FARO Hotel Nabran” Ailəvi İstirahət Mərkəzi 61 milyon manat dəyərində ölçülür və qızı İzabellanın adına qeydiyyatdan keçib.

MONALİZA ən bahalı şadlıq sarayı, İZABELLA şadlıq sarayı, BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.

Bakıda 11 müxtəlif ərazidə SPA İdman salonlarından əldə olunan gəlirlər. Hər birinin tikintisi üçün dəyər 4, yaxud 7 milyon manat civarında ölçülür.

Sahil Ticarət Mərkəzində ən bahalı RAMSEY mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
Abelin korrupsioner fəaliyyətində BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək otel və restoranlarında yerləşdirilməsi də nəzərdə tutulur.

A.Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobilləri var. Lamborghini, Bentley Motors, Porsche Cayenn, Land Rover, Mercedes AMG 6.5 motor, Audi Q7, Audi Q8, Mercedes Geländewagen, BMW X6, BMW Sedan var.

Binəqədidə Varovski deyilən ərazidə 2 villası, Quba rayonunda – 1 villası, Xızı rayonunda – 1 villası, Nabranda – 1 villası,Ş Şüvəlan qəsəbəsində – 1 villası, Mərdəkan qəsəbəsində – 1 villası, AMEA yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villası, Şərifzadə küç. 10 yerləşən evi.

Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq baxçası, 8-ci mikrorayonda daha bir restoranı, təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.

“AzPolitika.info”nun məlumatına görə, YAP rəhbərliyinin H.Əliyevin məzarını ziyarət etməsi zamanı maraqlı bir məqam diqqəti çəkib.

Belə ki, son günlərin “qəhrəmanı” – Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik, YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov ziyarəti partiya rəhbərliyi ilə birlikdə yox, tək həyata keçirib.

Burdan belə nəticə çıxarmaq olar ki, A.Məhərrəmov təkcə vəzifəsini itirməyib, eyni zamanda rəhbərliyində təmsil olunduğu hakim partiyada arzuolunmaz şəxsə də çevrilib. Ona görə də YAP rəhbərliyi ilə birlikdə H.Əliyevin məzarını ziyarət etməsinə, yəni rəhbərliklə bir sırada görünmüsinə icazə verməyiblər.

Digər ehtimal odur ki, A.Məhərrəmov özü YAP-dan incik düşdüyü üçün rəhbərliklə birlikdə ziyarətə getməyib. Tək getməklə incikliyini nümayiş etdirmiş olub.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ