SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm »  Abel Məhərrəmov necə çıxdaş edildi?.. - İDDİA

 Abel Məhərrəmov necə çıxdaş edildi?.. - İDDİA

Tarix:

17-11-2018, 11:02

/ 1 948 dəfə oxundu.
 Abel Məhərrəmov necə çıxdaş edildi?.. - İDDİA

Noyabrın 14-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Madriddə dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən nümayəndə heyətinin üzvlərini qəbul edib. Qəbuldə əsas müzakirə mövzusu BDU-nun rektoru Abel Məhərrəmovun nalayiq hərəkətləri olub və müzakirələrdə onun özü də iştirak edib. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, qəbulda nümayəndə həyətinin başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə istisna olmaqla heyətin bütün üzvləri iştirak edib.
R.Mehdiyev hər bir konfrans iştirakçısından baş vermiş insidentlə bağlı rəyini və insidentin detallarını soruşub. Müzakirələrin sonunda A.Məhərrəmovun nalayiq hərəkətə yol verməsi qənaətinə gəlinsə də, iştirakçılara cənab Mehdiyevin kəskin iradları da olub.

Mənbənin sözlərinə görə, insident zamanı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun davranışı istisna olmaqla, qalan nümayəndələrin münasibəti adekvat olmayıb. Bü da insidentin əhatə dairəsinin böyüməsinə gətirib çıxarıb.

Başqa bir mənbədən istiqlal.az-a daxil olan olan məlumata görə, şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də günün birinci yarısında Prezident Administrasiyasına çağrılıb. Şeyxin siyasi rəhbərliyə məruzəsindən sonra A.Məhərrəmovun işdən çıxarılması ilə bağlı sərəncam verilib.

Şərhlər

XƏBƏR LENTİ