yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Hell" qanadlandırmasa da Vüsal Novruzov yeni vəzifəyə hazırlaşır - KAMALƏDDİN HEYDƏROV ONA VƏD VERİB?

1-11-2018, 16:27 582 dəfə baxılıb

Vüsal Novruzov yeni vəzifə gözləyir: Kamaləddin Heydərov ona belə bir vəd veribmi?

Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzov “bəlkə də qaytardılar” ümidiylə yeni vəzifə gözləntisindədir.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, bu ilin may ayında Azərbaycan gömrüyündə həyata keçirilən köklü islahatlar çərçivəsində işdən kənarlaşdırılan Vüsal Novruzov revanş hissi ilə alışıb yanır və yaxın ətrafına tezliklə yüksək bir vəzifəyə təyinat alacağını bildirib. Mənbənin bildirdiyinə görə, o bu məsələdə himayədarı, fövqəladə hallar naziri Kamaləddin Heydərovun dəstəyinə ümüd bəsləyir.

"Hell" qanadlandırmasa da Vüsal Novruzov yeni vəzifəyə hazırlaşır - KAMALƏDDİN HEYDƏROV ONA VƏD VERİB?Görünür, elə bu səbəbdəndir ki, Vüsal Novruzov ölkə mətbuatında haqqında yazılan faktlara əvvəl göstərmədiyi operativliklə reaksiya verir, adının mətbuatın dilinə düşməməsi üçün bütün mümkün vasitələrdən istifadə edir. Bir müddət öncə virtualaz.org saytında dərc olunmuş 615 min dollarlıq zinnət qalmaqalında adının hallanmasına görə redaksiyaya şəxsən telefon açan Vüsal Novruzov bununla da yeni təyinatına qədər mətbuatın tənqidlərindən yan keçməyi planlaşdırıb.

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brillyant zinət əşyaları gətirib satan dörd qadın Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadıldıqlarını bildirir. Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib. Vüsal Novruzov isə məsələylə bağlı açıqlama verərək bu qalmaqala aidiyyatının olmadığını bəyan edib. O baş məsələ ki, ictimaiyyəti buna inandıra bilib, ya yox...

"Hell" qanadlandırmasa da Vüsal Novruzov yeni vəzifəyə hazırlaşır - KAMALƏDDİN HEYDƏROV ONA VƏD VERİB?Bu zərbənin təsirindən tam ayılmamış Vüsal Novruzova mətbuatdan daha bir həmlə gəlib. Belə ki, sosial şəbəkələrdə bəzi saytlarda Vüsal Novruzovun ererji içki bazarının əsas monopolistlərindən olduğu, “Heel” içkisinin ölkə bazarındakı sahibi olması haqda məlumatlar dərc olundu.

Hazırda bu və digər məsələlərlə bağlı araşdırma aparırıq və yaxın günlərdə Vüsal Novruzovun faktiki vəzifəsiz qalmasına baxmayaraq “kölgə iqtisadiyyatı”nda mühüm rol almasını özündə əks etdirən faktları ictimailəşdirmək niyyətindəyik.

Savash.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ