SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazim İbrahimov müxalifətlə əlaqələrinə görə “vurulubmuş”? - Gizlinlər...

Nazim İbrahimov müxalifətlə əlaqələrinə görə “vurulubmuş”? - Gizlinlər...

Tarix:

28-10-2018, 21:47

/ 1 318 dəfə oxundu.
Nazim İbrahimov müxalifətlə əlaqələrinə görə “vurulubmuş”? - Gizlinlər...

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun vəzifəsindən çıxarılmasının səbəblərindən biri də müxalifətlə əlaqələrə malik olması imiş

Bu barədə Cahan.info-ya verilən xəbərdə bildirilir ki, sabiq diaspora komitəsi sədri xaricdə və eləcə də Azərbaycanda bəzi müxalifətçilərlər əlaqələr qurub. Hakimiyyətin yüksək eşelonunda məlumatlar olsa da, onun fəaliyyətinə nəzər yetiriblər.

Bir müddət sonra N.İbrahimovun onlarla danışıqları üzə çıxıb, şəxsi münasibətlərin olduğu meydana gəlib. Bu, onun işdən azad olunmasında əsas yox, səbəblərdən biri imiş.

Onun bəzi müxlaifətçilərə maliyyə ötürməsi, xaricdə Azərbaycan hakimiyyəti əleyhinə kampaniya aparanları maliyyələşdirməsi barədə dəqiq bilgilər verilmir.

Yada salaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun fəaliyyətini sərt tənqid edib. O bildirib ki, keçmiş sədrin işində narazılıqlar var idi və öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib.

“Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:

“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Prezident Administrasiyasının rəhbərinin açıqlamasında diqqətçəkən məqamlar var. PA rəhbərinin "dövlətin maliyyə yardımı öz ünvanına çatmayıb" deməsi, dolayısı ilə "Nazim İbrahimov dövlət vəsaitin mənimsəyib" anlamına gəlir.

Məntiqlə bundan sonra komitənin və şəxsən Nazim İbrahimovun ötən illərdəki fəaliyyəti ilə bağlı araşdırmalar aparılacaq. Araşdırmaların sonunda Nazim İbrahimova qarşı cinayət işinin açıla biləcəyi də istisna olunmur.

Cahan.info xəbər verir ki, bir neçə il öncə prezident İlham Əliyev Azərbaycan diplomatları ilə görüşüb, yeni proqramla çıxış edərək bəyan etdi ki, Azərbaycan diplomatiyası artıq müdafiədən hücum diplomatiyasına keçid etməlidir. Bundan sonra demək olar ki, Xarici İşlər Nazirliyi iş sistemini yeniləyərək qarşıya qoyulan vəzifələrin icrasına başladılar.

Qısa müddətdə Azərbaycan diplomatiyası həqiqətən uğur qazanmağa başladı və Ermənistan xarici siyasət masasında küncə sıxışdırıldı. Amma bir problem, problem olaraq qaldı. Bu isə dünyaya səpələnən erməni diasporasının fəaliyyəti idi.

Kifayət qədər aktivlik göstərən erməni diasporasına qarşı isə çıxmalı olan azərbaycanlı diaspora təşkilatlarının fəaliyyəti diqqəti cəlb etmədi.

Nazim İbrahimov fəaliyyətinin ikinci ilində diaspora təşkilatlarını demək olar ki, iflic halına saldı. Məhz onun sayəsində süni şəkildə diaspora təşkilatları arasında gərginlik artmağa başladı və ilk dəfə bu təşkilatlar iqtidaryönlü, müxalifətyönlü təşkilatlara ayrıldı.

Hansı təşkilatın fəaliyyəti Nazim İbrahimovun xoşuna gəlmədisə o təşkilata müxalifyönlülük donu geyindirildi. Bu isə diaspora təşkilatlarının çöküşünün başlanığıcı oldu.

Nazim İbrahimov maraqlarını tam təmin etmək üçün mövcud təşkilatlar arasında qarşıdurma yaratdı, bir təşkilatı bir neçə yerə parçalatdı və daha sonra ona tam itaət göstərən təşkilatlar yaratmağa başladı.

Beləliklə aydın oldu ki, Nazim İbrahimov komitə sədri olksa da köhnə vərdişindən, biznesmenliyindən əl çəkə bilməyibmiş. Elə buna görə də Azərbaycana siyasi və mədəni sahədə yardımçı olmalı, erməni diasporalarına qarşı savaş aparmalı olan təşkilatlar bir neçə ilin ərzində ictimai-siyasi təşkilat rolundan imtina edərək Nazim İbrahimovun qeyri-leqal yaratdığı şirkətlərin filialları rolunda iştirak etdilər. Elə buna görə prezident İlham Əliyev dünya azərbaycanlılarının son qurultayında dövlət komitəsinin fəaliyyətindən narazılığını bildirdi.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ