yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“O, HƏR ŞEYİ DANIŞACAĞI HAQDA XƏBƏR GÖNDƏRMİŞDİ…” – “Həbsdən yayındırılır”

“O, HƏR ŞEYİ DANIŞACAĞI HAQDA XƏBƏR GÖNDƏRMİŞDİ…” – “Həbsdən yayındırılır”
26-10-2018, 09:25 342 dəfə baxılıb

"Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin əsas fiqurantlarını məsuliyyətdən kənarda saxlamaq üçün bu işlə bağlı saxlanılanlardan daha birini istintaqdan yayındırmağa çalışırlar. Belə ki, Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilən Əlamət Nazim oğlu Quliyev Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb.” Bu sözləri "AzPolitika.info”ya dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin üzvü kimi həbsə alınanlardan birinin yaxını bildirib.

Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən şikayətçinin sözlərinə görə, Əlamət Quliyevin Pentensiar Xidmətin Müalicə Müəssəsinə köçürülməsi məhz ökəyə qanunsuz dərman və dərman vasitələri idxal edən şəbəkənin rəhbərlərinin istəyi əsasında baş verib. O, belə bir iddia ilə çıxış etməsinin səbəbini də açıqlayıb.

Bu haqda danışmazdan öncə xatırladaq ki, ötən bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. "Dərman mafiyası”na qarşı əməliyyatlar çərçivəsində içərisində Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri də olmaqla, bir qrup gömrükçüyə qarşı cinayət işi açılıb. Buna görə də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.

DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə əvvəlcə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Mayın 10-da isə Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. İstintaqda Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilsə də, məhkəmə onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarmışdı. Səbəb kimi onun ağır xəstə olması göstərilmişdi.

"AzPolitika.info”ya daxil olan məlumatlarda avqustun 14-də bu cinayət işində adı keçən digər yüksək rütbəli məmura – gömrük general-mayoru Sadiq Abduyevə qarşı da rəsmi ittiham elan olunduğu bildirilmişdi. Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açıldığı, bununla belə haqqında hər hansı qətimkan tədbirinin seçilmədiyi vurğulanmışdı.

Ancaq bir qədər əvvəl saxlanılan gömrükçülərdən birinin yaxını saytımıza açıqlamasında generalların bu işdən kənarda saxlanılmasına cəhd edildiyini iddia etmişdi. Hətta onların artıq normal şəkildə öz işlərilə məşğul olduğunu söyləmişdi. Xəstə olduğu iddia edilərək, barəsində həbs qətimkan tədbiri seçilməyən Fikrət Qədiməliyevin müxtəlif hospitallarda cərrahi əməliyyatlar həyata keçirdiyini, biznesi ilə məşğul olduğunu vurgulamışdı. Elə general Sadiq Abduyevin də artıq öz biznesi ilə məşğul olduğunu, sərbəst şəkildə fəaliyyətini davam etdirdiyini iddia etmişdi.

Bildirmişdi ki, günahı verilən tapşırıqları icra etmək olan sadə gömrük əməkdaşlarını həbs etəməklə işə xitam veriləcəyindən narahatdırlar.

O, yenidən saytımıza müraciət edərək, bildirib ki, Əlamət Quliyevin Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülməsi onun narahatçılığının əsassız olmadığını göstərir: "Əlamət Quliyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maliyyə-tarif şöbəsində işləyib. Baxmayaraq ki, bu işdə əsas məsuliyyəti də məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsi daşıyıb, ancaq bu idarədən yeganə saxlanlan şəxs Əlamət Quliyev idi. Onu da indi Müalicə Müəssisəsinə köçürməklə bu işdən kənarda saxlamaq istəyirlər”.

Şikayətçinin iddiasına görə, Əlamət Quliyev bu məsələ ilə bağlı çox məlumatlı bir şəxsdir: "O, general Sadiq Abduyevin qohumudur. Buna görə də dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı bütün proseslərdə yaxından iştirak edən, bu malların ölkəyə idxalı, reallaşdırılması mexanizminə bələd olan şəxsdir. Məndə olan məlumata görə, yaxınları vasitəsilə bu işin başında duranlara bütün bildiklərini danışa biləcəyi xəbərini göndərib. Ona görə də hansısa vasitələrlə Əlamət Quliyevi tez-tələsik Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüblər. Orada da ona hər cür şəraiti yaradıblar. Yəqin ki, hansısa ciddi "xəstəlik” də aşkarlayaraq, cəza alsa belə orada qalmasını təmin edəcəklər. Bununla da onun danışmamasını təminat altına alıblar”.

Mənbənin sözlərinə görə, bunda da əsas məqsəd generalların məsuliyyətə cəlb olunmasının qarşısını almaqdır: "Keçən dəfə də demişdim, yenə deyirəm, biz kiminsə həbs olunmasını istəmirik. Ancaq əsas fiqurantların bu işdən bir-bir kənarlaşdırıldığı halda, aşağı vəzifəli gömrükçüləri həbsdə saxlamaq nə qədər doğrudur? Belə çıxır ki, kimlərin himayəsi yoxdursa, bütün məsuliyyəti onları üzərinə atmaq olar? Mən hər kəsi bu suallara vicdanla cavab verməyə çağırıram”.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ