SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Tarix:

20-10-2018, 11:07

/ 1 629 dəfə oxundu.
Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldüyünü təsdiq edib.

xalqxeber.az BBC-yə istinadən xəbər verir ki, ölkənin dövlət televiziyası jurnalistin İstanbulda yerləşən konsulluqda baş verən münaqişə zamanı öldüyünü açıqlayıb. Məsələ ilə bağlı 18 nəfər həbs edilib. Kəşfiyyat xidmətinin rəhbəri Əhməd Əl Əssiri və kralın müşaviri Səud Əl Qəhtani vəzifəsindən azad edilib.

ABŞ prezidenti Donald Tramp həbsləri müsbət addım adlandırıb, lakin Səudiyyəyə qarşı sanksiyaların variantlar arasında olduğunu bildirib.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçı 2 oktyabrdan bəri itkindir. Onun öldürüldüyü bildirilsə də, meyitinin yeri məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ