yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycan məmuru İsveçrədə 170 min manata saat aldı - FOTOFAKT

Azərbaycan məmuru İsveçrədə 170 min manata saat aldı - FOTOFAKT
19-10-2018, 11:21 354 dəfə baxılıb

Virtualaz.org dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının fəaliyyətindəki korrupsiya haqda sensasiyalı faktlar açıqlamışdı. Bahalı avtomobillər, ağlasığmayan qiymətə alınmış saatlar, qəsrlər, ailə gerbləri... R.Aslanlı həyatında bütün bunlara məmur kreslosunda, hansı ki, Azərbaycanın bank sisteminə nəzarət edirdi və bankların böhrandan çıxarılmasına görə cavabdeh idi, nail olub.

Artıq bildirildiyi kimi, Rüfət Aslanlının kolleksiyasında Parmigiani Fleurier Kalpa-nın qiyməti 150 min, Tourbillon-un 200 min, Patek Philippe Nautilus-un 53 min, Vacheron Constantin Perpertual-ın 88 min dollar olan bahalı saatları var.

...İndi isə virtulaz.org-un redaksiyasına daha bir unikal sənəd daxil olub – bu, İsveçrənin elit saatlarla alış-veriş edən Verbier mağazasından çıxarışdır.

Sənəddən məlum olur ki, yeni il tətilləri zamanı, 5 yanvar 2017-ci ildə Rüfət Aslanlı özünə hədiyyə etmək qərarına gəlib və lüks saatların satıldığı MICHAUD VERBIER mağazasında dəyəri 101 min İsveçrə frankı (170 min manatdan çox) olan saat sifariş verib. Maraqlıdır ki, sənəddə Rüfət Aslanlının adı "xüsusi (qeyri-rəsmi) müştəri" kimi göstərilib.
Sənədə əsasən, bu, məmurun həmin mağazadan aldığı ilk bahalı hədiyyə deyil. Məsələ ondadır ki, mağaza Rüfət Aslanlıya AZE 00453547 xüsusi nömrəsi verib. Belə nömrələr isə adətən daimi müştərilər üçün hazırlanır. Amma Rüfət Aslanlı adi müştəri deyildi, onun aldığı saat siyahıda ən bahalı əşyadır...

Sual yaranır: dövlət məmurunun - Milli Bankın sədr müavini, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin başçısı və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri olmuş Rüfət Aslanlının cüzi məmur maaşı müqabilində Forbes siyahısındakı biznesmenlərin imkanları ilə müqayisə edilə biləcək yaşayış səviyyəsinin təminatı üçün o qədər pulu hardandır?
Azərbaycan məmuru İsveçrədə 170 min manata saat aldı - FOTOFAKT
Azərbaycan məmuru İsveçrədə 170 min manata saat aldı - FOTOFAKT


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ