XalqXəbər.Az

Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılma səbəbi: Dövlət çevrilişinə cəhd!!! - İLGİNC İDDİA

yüklənir...
Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılma səbəbi: Dövlət çevrilişinə cəhd!!! - İLGİNC İDDİA
17-10-2018, 20:42
yüklənir...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılmağının səbəbi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin digər qardaşı Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sabiq sədri Fərhad Təhməzovdur. O, öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.