SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar

Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar

Tarix:

5-03-2017, 16:12

/ 1 981 dəfə oxundu.
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Prezidentlər birgə foto çəkdiriblər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar
Ruhani prezidenti “Sədabad” sarayında qarşıladı - Fotolar

Şərhlər

XƏBƏR LENTİ