SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zamira Hacıyeva hər gün 33 min manatlıq şərab içirmiş -NTV

Zamira Hacıyeva hər gün 33 min manatlıq şərab içirmiş -NTV

Tarix:

11-10-2018, 15:25

/ 3 919 dəfə oxundu.
Zamira Hacıyeva hər gün 33 min manatlıq şərab içirmiş -NTV

Cahangir Hacıyevin arvadının 7 milyonluq xüsusi təyyarəsi də varmış...
Türkiyənin NTV kanalı Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyeva haqqında şok məlumatlar yayıb.

AzNews.az həmin kanala istinadla xəbər verir ki, məlumatlarda Cahangir Hacıyevin 15 illik rəhbərlik müddətində milyonlarla doları mənimsədiyi üçün 15 il müddətində azadlıqdan məhrum edildiyi bildirilib. Həmçinin, dövlətə vurduğu ziyana görə 39 milyon dollar ödəməli olduğu qeyd edilib.

Bildirilib ki, həyat yoldaşı Zamirə Hacıyeva son 10 ildə Londonda milyonlarla funt sterlinq xərcləyib. İngiltərə mətbuatı Zamira Hacıyeva üçün “dünyada bu qədər pul xərcləyən qadın yoxdur” şərhini verib. Zamira Hacıyeva haqqında kanal daha sonra bunları bildirib:

- Zamira Hacıyeva 2013-cü ildə 2230000 manat dəyərində “Mill Ride Golf” qolf klubunu satın alıb.

- Harrodsdan sadəcə bir neçə dəqiqəlik yürüş məsafəsində ev üçün 3350000 manat ödəyib.

- “Gulfstream G550” adlanan özəl təyyarəsini 7150000 manata alıb.

- Harrods şəhərindəki evinin qonşuluğunda 3 milyon dollar dəyərində malikanə alıb.

- Qiyməti 33 min manat olan şərab içir.

- “Boucheron”, “Cartier” brendlərindən 420000 manatlıq yaxa sancağı, 22700 manata zərgərlik əşyaları alıb.

Şərhlər

XƏBƏR LENTİ