SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Rabitə və MTN işi" Maliyyə Nazirliyində - Nadir Qarayevlə bağlı ilginc məlumat

"Rabitə və MTN işi" Maliyyə Nazirliyində - Nadir Qarayevlə bağlı ilginc məlumat

Tarix:

11-10-2018, 10:50

/ 1 826 dəfə oxundu.
"Rabitə və MTN işi" Maliyyə Nazirliyində - Nadir Qarayevlə bağlı ilginc məlumat

Bu ilin əvvəlində Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin adı Eldar Mahmudov və Akif Çovdarovla əməkdaşlıqda hallanırdı.

Mediada yayılan məlumatlara onun nazir Samir Şərifova qarşı olduğu da iddia olunurdu: "Gözləntilərdən biri də bu idi ki, durumu heç də ürəkaçan olmayan nazir Samir Şərifov mövqelərini gücləndirdikdən sonra Nadir Qarayevi hədəfə alacaq və sistemdən uzaqlaşdıracaq".

Vəzifə, yoxsa mövqe savaşı?

Həmin ərəfədə rubrika.az saytı yazırdı ki, Azər Bayramovun cəhdlərinə baxmayaraq Nadir Qarayevin Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə sahiblənə bilməməsinin əsas səbələri "MTN işi” ilə bağlı olub.

Digər media orqanlarında dərc olunan yazılarda qeyd olunurdu ki, Nadir Qarayev Akif Çovdarovun cinayət işində təqsirləndirilən tərəf olaraq dindirilib və bu səbəbdən də o, Samir Şərifovun yanında etimadını itirib. Hətta onun Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri olmaq uğrunda mübarizəyə başlaması da qeyd olunmuşdu. Lakin hansısa "sehrli çubuq" sonradan həmin yazlarını internet resurslardan yoxa çıxardı. Həmin yazıda Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agentliyinin baş direktoru Elman Piriyevə qarşı mübarizəyə başlaması barədə məlumatlar yer almışdı. Həmin məlumatlarda bildirilirdi ki, 2015-ci ildə boşalan Dövlət Xəzinadarlığı Agentliyinin baş direktoru vəzifəsi uğrunda mübarizəyə ilk qoşulan məhz Nadir Qarayev olub.

İdarə rəisinin baş direktorluq uğrunda mübarizəsində isə əsas himayəçisi və dəstəkçisi Maliyyə nazirinin müavini Azər Bayramov olduğu deyilirdi. Məhz onun vasitəsi ilə çoxdan arzuladığı bu vəzifəni əldə etməyə cəhd edirmiş. Lakin gözləntilərin əksinə olaraq Samir Şərifov Nadir Qarayevin çoxsaylı çabalarına baxmayaraq, onun arzusunun üstündən müvəqqəti də olsa, xətt çəkib bu vəzifəyə özünə yaxın Elman Piriyevi təyin edib.

"Rabitə və MTN işi"ndə Maliyyə Nazirliyi izi...

Son günlər "Rabitə işi" ilə bağlı məhkəmə prosesləri və yeni həbslər Nadir Qarayevi yenidən gündəmə gətirib.

Qobal.Az-a daxil olan məlumata görə, Nadir Qayrayevin istitaqa cəlb olunması da istisna edilmir.

Media üzrə apardığımız araşdırmalar da belə bir ehtimalın mümkünlüyünü göstərir. Həmin məlumatlarda deyilir ki, adı 7 milyonluq qalmaqalda hallanan Rabitə və Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olublar. Elə Nadir Qarayevi Akif Çovdarovla əməkdaşlıba cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Belə ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib dostunu Akif Çovdarovun caynaqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib.

Məlumatlarda o da iddia edilir ki, Vidadi Zeynalovun vasitəsi ilə keçmiş MTN genraliteti ilə dostlaşan Nadir Qarayev istər Akif Çovdarova, istərsə də şəxsən Eldar Mahmudova Maliyyə nazirliyi və həmçinin nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb.

Azər Bayramov Qarayevi niyə müdafiə edir?

Nadir Qarayevin ötürdüyü məlumatlar sayəsində isə MTN Maliyyə nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs ediblər və onlardan külli miqdarda pul alıblar. Bundan sonra 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən sonra isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib.

Hazırda isə Nadir Qarayevin Maliyyə naziri Samir Şərifovdan həddəindən artıq narazı olduğu bildirilir. Bu əsasən onun Dövlət Xəzinədarlığı Agentliyinə rəhbər gedə bilməməsi ilə əlaqədardır.

Dövlət Xəzinədarlığı Agentliyindən olan mənbənin məlumatına görə Nadir Qarayev öz çevrəsindəki məclislərdə Samir Şərifovdan narazılıq edərək yaxın aylarda onun nazir vəzifəsindən gedəcəyini və bundan sonra özünün Dövlət Xəzinədarlıq Agentliyinin baş direktoru olacağını bildirib.

Məlumatda vurğulanır ki, 1 saylı Xəzinadarlıq idarəsinin rəisi tez-tez Eldar Mahmudovun işdən azad olunmasını və Vidadi Zeynalovun həbs edilməsinə narazılığını açıq-aşkar dilinə gətirir.

Nazir Qarayevə niyə toxunmadı?

"Nadir Qarayev deyir ki, əgər Eldar Mahmudovla Vidadi Zeynalov indi vəzifədə qalsaydı, mən ən azından Maliyyə nazirinin müavini idim. Hətta gələcəkdə nazir olmaq şansım var idi. İndi isə idarə rəisi yaxın çevrəsində Azər Bayramovun Maliyyə naziri olacağını, onu isə baş direktor təyin ediləcəyin deyir", məlumatda qeyd olunur.

Onun indiyə qədər vəzifəsində qalması da ciddi şübhələr doğurur. Mənbə deyir ki, istəsəydi Samir Şərifov Nadir Qarayevin həbs belə etdirə bilərdi: "Maraqlıdır ki, niyə həbs etdmirməyib".

Qeyd edək ki, Nadir Qarayevlə bağlı yayılan bu məlumatların özü və n Maliyyə Nazirliyi tərəfindən təkzib edilməyib.

Qobal.Az

Şərhlər

XƏBƏR LENTİ