SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan diasporunun dağıdılmasının sirri açılır; - Qarşıdırmada şübhəli məqamlar var

Azərbaycan diasporunun dağıdılmasının sirri açılır; - Qarşıdırmada şübhəli məqamlar var

Tarix:

11-10-2018, 10:19

/ 1 207 dəfə oxundu.
Azərbaycan diasporunun dağıdılmasının sirri açılır; - Qarşıdırmada şübhəli məqamlar var

Riyakar, təfriqəçi və fitnəkarların rəhbərlik etdiyi diaspor təşkilatlarından Azərbaycan dövlətinin maraqları, eləcə də ümummilli həmrəylik naminə müsbət işlər gözləmək çətindir. Belə qurumların sırasında Rövşən Tağıyevin rəhbərlik elədiyi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) və Ukrayna Millətlər Assambleyasının (UMA) olduğunu iddia edənlər də var. Çünki bu qurumlarda Azərbaycanı sevən vətənpərvər insanların da cəmləşməsinə baxmayaraq, son sözün sahibi R. Tağıyevdir ki, bu da hər iki quruma inamı azaldır.

İnamsızlığın səbəbini bilmək üçün əvvəlcə Rövşən Tağıyevin siyasi riyakarlığından, xüsusilə də Ukraynada hakimiyyət dəyişikliyi zamanı biabırçı davranışından başlayaq. Ukrayna KİV-ləri indiyədək Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) rəhbəri Rövşən Tağıyevin 2014-cü ilin fevralında, 5 gün ərzində öz siyasi xəttini ‘’Yanukoviçdən Avromeydan’’a dəyişərək özünü gülüş obyektinə çevirməsini istehza ilə xatırladırlar. Ukrayna mediasında qeyd edildiyi kimi, “Tağıyev hər zaman Ukrayna hakim dairələrinin tez-tez dəyişə bilən fikirləri ilə üst-üstə düşən bəyanatlar verirdi”. Ancaq Roman (R. Tağıyev nəzərdə tutulur-red.) bu dəfə lap ağını çıxartdı. Bu hərəkəti o qədər səs-küylü oldu ki, hətta Kiyevdəki Azərbaycan səfirliyi də Tağıyevin mövqeyini qınayan çıxışlar etmək məcburiyyətində qaldı.

Eyni zamanda, Ukraynadakı Azərbaycan səfirliyi 2014-cü il fevralın 26-da yerli KİV-lərdə Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyevin öz müraciətində əvvəlcə eks-prezident Viktor Yanukoviçi dəstəklədiyini, ukraynalı bəzi jurnalistlərin müraciətindən sonra mövqeyini dəyişməsi haqqında gedən məlumatları şərh etməli oldu.

Azərbaycanın Kiyevdəki səfirliyində bəyan etdilər ki, Azərbaycan diasporunun Ukraynada fəaliyyət göstərən heç bir təşkilatı Maydandakı aksiyalar zamanı xalqın tələbləri ilə ziddiyyətli müraciətlə çıxış etməyib. “Tağıyevə gəldikdə, – səfirlikdə əlavə etdilər, – qeyd etmək lazımdır ki, Ukrayna Millətlər Assambleyasının sədri kimi onun müraciətində və əvvəlki müsahibələrində xalqın tələblərinə dəstək ifadə olunub, hakimiyyət tərəfindən güc tətbiqinin yolverilməzliyi bəyan edilib’’. Bununla yanaşı, Azərbaycan səfirliyində xatırlatdılar ki, fevralın 17-də hələ müxalifətin Yanukoviçin hakimiyyəti üzərində qələbəsindən əvvəl, həmin Tağıyev bəyan etmişdi ki, ‘’dağıdıcı qüvvələrin ölkədə sabitliyin pozulmasına yönəldilmiş istənilən cəhdlərini qınayır’’. Güman etmək lazımdır ki, ‘’dağıdıcı qüvvə’’,- deyəndə Tağıyev heç də Ukraynanın o vaxtkı hakimiyyətini yox, məhz bir neçə gün sonra meydandan hakimiyyətə gələn müxalifət liderlərini nəzərdə tuturdu.

Biabırçı hərəkətlərinin hətta təmsil etdiyi ölkənin səfirliyinin tənqidinə məruz qaldığı həmin Rövşən Tağıyev indi Ukraynada parlament seçkilərində iştirak etməyə hazırlaşır. Xatırladaq ki, Ukrayna Ali Radasına xalq deputatlarının növbəti seçkisi 2019-cu il oktyabr 27-də keçirilməlidir.

Ancaq bir neçə gün ərzində öz fikrini tam əks tərəfə dəyişən bir insan necə deputat seçilib qanunverici orqanda təmsil oluna bilər?

Ölkənin hökumətini formalaşdıran parlamentdə Rövşən Tağıyev kimilər toplaşsalar, Ukrayna hələ xeyli müddət iqtisadi və hərbi-siyasi qeyri-müəyyənlik və qeyri-stabillik məngənəsində fırlanacaq.

Çoxlu suallar doğuran yalnız Tağıyevin siyasi baxışları deyil, həm də onun tərcümeyi-halı, diplomatik karyerası, diaspor təşkilatının rəhbəri kimi biznesi və fəaliyyətidir.

‘’Qəhrəmanımız’’ Rövşən Tağıyev 1969-cu il iyulun 18-də Bakıda anadan olub. Ancaq valideynləri əslən Naxçıvandan – Ordubad rayonundandır. Rövşən Tağıyev 1991-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib, ixtisasca diplomatdır. Ancaq onun tərcümeyi-halı ‘’ağ ləkələrlə’’ doludur. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan münaqişəyə qədər heç kim bu insanın valideynlərinin milliyyəti ilə maraqlanmamışdı. Lakin son vaxtlar Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində bu məsələ ilə maraqlananlar yalan, ya doğru yazırlar ki, Rövşənin atası azərbaycanlı olsa da, anası ermənidir.

Ehtimal olunur ki, Rövşən Kiyevə gələn kimi dərhal pasportunu dəyişib. Ukraynada şəxsiyyət vəsiqəsini rəsmiləşdirərkən sənədlərdə göstərib ki, anası yəhudidir. Halbuki Rövşən Tağıyevin valideynlərinin doğulduğu Ordubadda heç zaman yəhudilər yaşamayıb. Orada əsil-nəcabətli azərbaycanlılardan başqa, Qarabağ münaqişəsinə qədər ermənilər də yaşayıb. Qarabağ münaqişəsinə qədər Naxçıvanda da Azərbaycanın digər rayonlarında olduğu kimi, erməniləri heç kim incitməyib. Bəzi azərbaycanlı oğlanlar hətta ermənilərlə evləniblər. Bəlkə Rövşənin atası Surxay kişi də belə seçim edib?

İddialara görə, Ermənistan-Azərbaycan münasibətlərinin pisləşməsindən sonra Rövşən Kiyevdə pasportunu təcili dəyişərək anasının yəhudi olduğunu göstərib. Bunu həm də ona görə edib ki, tezliklə Almaniya vətəndaşlığını ala bilsin. SSRİ və Qərb arasındakı soyuq müharibə bitdikdən sonra Almaniya Hitler Almaniyası dövründə yəhudilərin kütləvi qətlinə görə üzrxahlıq və təzminat qismində digər ölkələrdəki yəhudi milliyətindən olan şəxslərə avtomatik vətəndaşlıq verməyə başladı. Belə ki, digər bir kütləvi qətliamdan - Qədim Misir fironlarından birinin əmri ilə yəhudi oğlanlarının məhv edilməsindən sonra yalnız ana xəttindən gələnlər yəhudi hesab olunmağa başlamışdı.

Yeri gəlmişkən, hər zaman milli həmrəyliyə can atan yəhudilərdən fərqli olaraq, Rövşən Tağıyevin əməlləri azərbaycanlılar arasında ayrılıq toxumu səpərək, Ukraynadakı Azərbaycan diasporunu parçalayır.

Həmvətənlərimiz 2012-ci ildə Rövşən Tağıyevin Ukrayna Azərbaycanlıları Konqresini (UAK) necə dağıtdığını yaxşı xatırlayırlar. 2012-ci ilin avqust ayının sonunda Azərbaycanın internet portalı Vesti.az Ukraynada Azərbaycan diasporu daxilindəki böhran haqqında araşdırma aparmışdı. Bu böhranda da təqsirkar kimi elə həmin Rövşən Tağıyevin adı çəkilirdi.

Vesti.az-ın o zaman yazdığına görə, 2012-ci ilin avqustunda redaksiyanın elektron poçtuna Ukrayna Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən daxil olan məktubda qeyd edilirdi ki, avqustun 26-da Kiyevdə UAK-ın növbədənkənar konfransı keçirilib, yeni rəhbəri seçilib.

“Regional təşkilatların üzvlərinə namizəd kimi Rövşən Tağıyev və Qüdrət Hacıyev (o zaman Dnepropetrovskda UAK-ın nümayəndəsi idi) təqdim edilmişdi. Konfransda çıxış edən Qüdrət Hacıyev ona göstərilən diqqətə görə hər kəsə təşəkkür etmiş və namizədliyini Tağıyevin xeyrinə geri götürmüşdü. Nəticədə Tağıyev yekdilliklə Ukrayna Azərbaycanlıları Konqresinin yeni rəhbəri seçilmişdi’’, - məktubda vurğulanırdı.

Bu məktubun ardınca Vesti.az-ın poçtuna birinci xəbəri tamamilə təkzib edən başqa məlumat daxil olmuşdu - Hikmət Cavadovun simasında bu dəfə UAK-ın legitim rəhbərliyindən.

2012-ci il avqustun 26-da Kiyevdəki ‘’Hyatt’’ mehmanxanasında UAK-ın bir sıra regional təşkilatının rəhbərlərinin yığıncağı baş tutdu. Görüş diasporun dağılmasında maraqlı olanların önə çıxardığı Rövşən Tağıyevin təşəbbüsü ilə təşkil edilmişdi. Xatırladaq ki, Tağıyev 2012-ci ilin iyulunda UAK-ın rəsmi konfransında rəhbər vəzifəyə seçkiləri uduzmuşdu.

Tağıyev konfransların çağırılması təşəbbüsünə və keçirilməsinə dair UAK-ın əsasnaməsinin bütün normalarını kobud şəkildə pozub, əyalətlərin bir neçəsindən rəhbərləri toplayıb və bu yığıncağı konfrans adlandırmaqla özünün rəhbər seçilməsini təşkil edib.

Məlum olmuşdu ki, nə UAK-ın rəsmi rəhbərliyinin, nə Azərbaycanın Ukraynadakı səfirliyinin, nə də Diasporla İş üzrə Dövlət Komitəsinin həmin tədbirdən xəbəri yoxdur. ‘’Yığıncaqda rəsmi şəxslərin olmaması prosesə çevriliş görüntüsü verdi’’, - legitim rəhbər Hikmət Cavadovun məktubunda deyilirdi.

Xüsusi qeyd etmək lazımdır ki, Rövşən Tağıyev əslində Ukrayna Azərbaycanlıları Konqresinin həmin il iyulun 7-də keçirilən konfransında iştirak etmişdi və UAK-ın sədri vəzifəsinə öz namizədliyini irəli sürmüşdü. Lakin seçkilərdə uduzmuşdu. Bundan sonra Tağıyev və onun komandası təşkilatı dağıtmağa başladılar. Onlar nə UAK-ın Məclisinə, nə Kiyevdəki Azərbaycan səfirliyinə, nə də Diasporla İş üzrə Dövlət Komitəsinə xəbər vermədən 2012-ci il avqustun 26-da öz iclaslarını keçirərək Rövşən Tağıyevi UAK sədri “seçmişdilər”. Maraqlısı odur ki, həmin vaxt Tağıyev heç UAK-ın üzvü də deyildi. Buna baxmayaraq, Tağıyev və komandası tərəfindən keçirilən ‘’konfransda’’, ümumiyyətlə UAK adından danışmaq hüququ olmayan insanlar iştirak etmişdi. Onlar UAK-ın əsasnaməsinin 10 bəndini birdən pozmuşdular.

Tağıyevin ‘’konfransından’’ sonra Vesti.az internet portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat vermişdilər ki, Ukrayna Azərbaycanlıları Konqresinin legitim sədri əvvəlcədən olduğu kimi 2012-ci il iyulun 7-də qanuni əsaslarla seçilən Hikmət Cavadovdur.

Buna baxmayaraq, Rövşən Ukraynadakı Azərbaycan diasporunu dağıtmağa davam etdi. Tağıyevin fəal iştirakı ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) yaradıldı, təbii ki, onun özü də sədr seçildi. Lakin Tağıyevin ‘’Birləşmiş Konqresi’’ onsuz da Azərbaycan diasporunda olan qeyri—sağlam atmosferi daha da pisləşdirdi. Eyni zamanda, bütün bu hadisələr göstərdi ki, Ukraynadakı Azərbaycan diasporunun dağılmasının arxasında məhz Rövşən Tağıyev dayanır.

Tağıyev diasporumuzun dağılması ilə də sakitləşmədi. O, indi Ukraynadakı Azərbaycan səfirliyi ilə də bütün gücu ilə dava edir. Ehtimal olunur ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevə qarşı çirkli və aqressiv informasiya müharibəsinin arxasında da məhz Rövşən Tağıyev dayanıb.

Yeri gəlmişkən, Tağıyev özü də Nazim İbrahimovun burada Azərbaycanın səfiri olduğu illərdə ikinci katib vəzifəsində çalışıb. Yəqin ki, Rövşənin diplomatik nümayəndəliyimizə qarşı hansısa incikliyi var...

Məsələ burasındadır ki, Tağıyevin həmvətənlərimizlə olan ədavəti Ukraynadakı Azərbaycan diasporunun dağıdılması və bu ölkədəki səfirimizə qarşı informasiya müharibəsi ilə də məhdudlaşmır. Bəzi məlumatlara görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) bu ilin avqust ayındakı süqutunun arxasında da Rövşən Tağıyev və adamları dayanır. Mənbələrimizdən aldığımız məlumata görə, Füzuli Məmmədovun AAK-ın birnci vitse-prezidenti vəzifəsindən qanunsuz uzaqlaşdırılması da Tağıyevin ‘’sifarişi’’ ilə olub. Halbuki Tağıyevdən fərqli olaraq Füzuli Məmmədov birinci vitse-prezident vəzifəsinə qanuni yolla və bu təşkilatın qurultayında birbaşa açıq səsvermə yolu ilə seçilmişdi. Beləliklə də Tağıyev bütün Avropada Azərbaycan diasporu arasında pərişanlıq və şübhə toxumları səpməyə cəhd edir.

R. Tağıyev təsdiq edir ki, o artıq 29 ildir dürüst sahibkarlıq fəaliyyəti ilə məşğul olur, öz biznesini əsasən mehmanxana sektorunda və ona məxsus torpaq sahələrinin istifadəsi üzərində qurub. Lakin 2014-cü ilin mayında Tağıyevə edilən sui-qəsd göstərdi ki, kriminal aləmlə də əlaqəlidir və onun biznes fəaliyyətində də qaranlıq məqamlar var. İndi belə bir insan Ukrayna parlamentinə can atır. Ancaq Rövşən Tağıyevin birmənalı olmayan tərcümeyi-halı onu deməyə əsas verir ki, ona deputat mandatı Ukrayna xalqına dürüst xidmət göstərməyə yox, öz biznesini qorumaq üçün lazımdır. Görəsən, öz həmvətənlərinə və səfirinə düşmən gözü ilə baxan bir insan Ukrayna xalqı üçün nəsə faydalı bir iş görə bilərmi? Onu da nəzərə almaq lazımdır, Ukrayna Rövşən Tağıyev üçün vətən deyil, sadəcə, yaşadığı və bizneslə məşğul olduğu bir ölkədir.

Mixail Karpenko,
Oqtay İbrahimov
Kiyev – Bakı

P.S. Məqaləni redaksiyamıza təqdim edən müəlliflər bu məsələ ilə bağlı daha ətraflı araşdırma apardıqlarından yazının davamı olacaq. Redaksiya Rövşən Tağıyevin də məsələyə münasibətinə hörmətlə yanaşır və onun da fikirlərinə yer ayırmağa hazırdır.

mia.az

Şərhlər

XƏBƏR LENTİ