SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qocalmaq istəmirsinizsə, hər gün kök yeyin

Qocalmaq istəmirsinizsə, hər gün kök yeyin

Tarix:

9-10-2018, 14:02

/ 2 315 dəfə oxundu.
Qocalmaq istəmirsinizsə, hər gün kök yeyin

Kök və kök şirəsi sağlamlığın qorunması üçün çox faydalıdır. Vitamin və minerallarla zəngin olan bu tərəvəz orqanizmin mineral maddələrə olan sutkalıq tələbatını tam şəkildə ödəyir.

Xarici KİV-ə istinadən insan orqanizmi üçün çox önəmli olan kökün 10 ən faydalı cəhətlərini sadalayırıq:
1. Kök və kök şirəsi az kalorili olmasına baxmayaraq qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. Qida qəbulu arası yeyilən 1-2 orta ölçülü kök toxluq hissi yaradır.

2. Qaraciyərin funksiyasının qorunması, həzm sistemi üçün çox faydalıdır.

3. Tərkibindəki E vitamini xərçəngin əmələ gəlməsinin qarşısını alır.

4.Yaşlandıqca bədəndə yaranan ağrı və sızıltıların qarşısını kök şirəsi içməklə almaq mümkündür.

5. Təbii A vitamini mənbəyi olduğu üçün gözlərin sağlamlığını, görmə qabiliyyətini artırır. Sümüklə bağlı problemlər və osteoporoza qarşı faydalıdır.

6. Tərkibindəki kalium və sellüloz xolesterinə, hipertoniyaya qarşı mübarizə aparır.

7. Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə böyük təsir göstərir. Piylənmənin qarşısını alır.

8. Dərinin cavanlaşdırır və gözəlləşdirir.

9. Kök şirəsi güclü antioksidant olan karotinlə zəngin olduğuna görə hüceyrələrin degenerasiyasının qarşısını alır. Qocalma prosesini ləngidir.

10. Azacıq limon və zeytun yağı əlavə etməklə hazırlanan kök salatı zehni itiləşdirir, öyrənmə prosesini sürətləndirir.

Şərhlər

XƏBƏR LENTİ