SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əməliyyatda xəstəsi ölən “Xəzər” klinikası Kəbirə Məmmədovanın imiş

Əməliyyatda xəstəsi ölən “Xəzər” klinikası Kəbirə Məmmədovanın imiş

Tarix:

9-10-2018, 13:16

/ 1 045 dəfə oxundu.
Əməliyyatda xəstəsi ölən “Xəzər” klinikası Kəbirə Məmmədovanın imiş

Bakı sakini ŞərqiyyəƏhmədovanın “Xəzər” klinikasında baş həkim İlqar Yusibov tərəfindən əməliyyat olunduqdan sonra dünyasını dəyişməsi ilə bağlı məlumat vermişdik. Reportyor.info xatırladır ki, bu barədə mərhumun qızı Songül Əhmədova məlumat verib. Onun sözlərinə görə, anası avqustun 2-də uşaqlıq miomasından adıçəkilən klinikada əməliyyat edilib, avqustun 3-də isə dünyasını dəyişib.
Bir gün ərzində mərhumun durumu yaxşı olsa da, sonradan qəfil halı pisləşib və bir neçə dəqiqə ərzində vəfat edib. S.Əhmədova iddia edir ki, anası əməliyyatdan əvvəl diqqətlə müayinə olunmayıb: “Mənim şikayətim odur ki, həkim əməliyyat öncəsi müayinəni düzgün aparmayıb. Anam deyib ki, məndə varikoz var, həkim deyib ki, problem yoxdur.
Bundan başqa, anamda qan tez laxtalanırdı, həkim demişdi anemiyası var, bütün bunlara baxmayaraq, onu əməliyyata salıblar vəəməliyyat vaxtı heç bir əlavə qan köçürməsi aparılmayıb. Biz indi ekspertizanın cavabını gözləyirik. Həmçinin ölkə rəhbərliyinə müraciət etmişik”.
Qeyd edək ki, İ.Yusibov məsələ ilə bağlı açıqlamasında bildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, proses başa çatdıqdan sonra bu barədə danışmaq olar. Yazı saytımızda dərc edildikdən sonra redaksiyamıza klinika ilə bağlı daha bir iddia daxil olub.
Bildirilir ki, “Xəzər” klinikasının ümumiyyətlə cərrahiyyəəməliyyat (ümumi cərrahiyyə) üçün lisenziyası yoxdur. Məlumatı redaksiyamıza verən mənbə qeyd edir: “2016-cı ildə reanimasiya şəraiti tələb edən əməliyyatlar üçün dəqiq lisenziyası yox idi klinikanın. Bu iki il ərzində həmin lisenziya alınıb, ya yox, dəqiq bilmirəm.
Amma məndə olan məlumata görə, “Xəzər” klinikası Səhiyyə Nazirliyində çox yüksək səviyyədə himayə edilir”. Onu da qeyd etmək yerinə düşər ki, Səhiyyə Nazirliyinin saytında ümumiyyətlə tibb müəssisələrinə verilən lisenziyalarla bağlı hər hansı məlumat yoxdur.
Yəni, vətəndaş X tibb müəssisəsinə müraciət edirsə onun müvafiq lisenziyasının olub-olmamasını ancaq və ancaq rəsmi sorğu əsasında öyrənə bilər ki, bu cür sorğulara cavab isə bir qayda olaraq 1 ay ərzində verilir.
Eyni xarakterli məlumat “Xəzər” klinikasının saytında da yoxdur. Klinikanın saytında yalnız laporoskopik və bu tip yüngül əməliyyatların aparılması haqda məlumat var. bunun özü də daxil olan məlumatın gerçəkliyinə dəlalət edir.
Avqustun 3-də xəstəxanada dünyasını dəyişən Ş.Əhmədovanın qızı Songül Əhmədova isə bildirir ki, anası xəstəxanada spinal anasteziya (beldən keyləşdirmə) ilə açıq əməliyyat edilib: “Halbuki anamda ayaqlarda varikoz vardı və spinal anasteziya zamanı ayaqlarda damarların genişlənməsi baş verir. Bunu mütləq nəzərə almalı idilər”. S.Əhmədova onu da qeyd etdi ki, klinikanın müvafiq lisenziyasının olmaması haqda məlumat onlarda da var və bu barədəhüquqşünasları Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. P.S. aldığımız təsdiqlənməmiş məlumata görə, adıçəkilən klinika Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanındır.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

REPORTYOR.info

Şərhlər

XƏBƏR LENTİ