SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçılarının cərimələrini kim sildirir? (İDDİA)

İcra başçılarının cərimələrini kim sildirir? (İDDİA)

Tarix:

5-10-2018, 14:49

/ 1 934 dəfə oxundu.
İcra başçılarının cərimələrini kim sildirir? (İDDİA)

Baş Dövlət Yol Polisi İdarəsində icra başçılarına yazılmış MMX-lar qeyri-qanuni yollalarla siilib.

Bu barədə Qaynarinfo-ya məlumatlı mənbələrdən məlumat daxil olub.

Mənbə iddia edir ki, əksər icra başçılarına və bəzi yüksək rütbəli məmurlara 2-3 ay əvvəl yazılmış MMX-lara xitam verilib. Mənbənin sözlərinə görə, icra başçıları müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götüzdürürlər. "Aylıq" verərək avtomobillərinin sistemə düşməsini əngəlləyirlər. Düşən kimi isə cəriməni ödəmədən, rüşvət qarşılığında MMX-lar sildirilir.

Bəs bu cərimələri kim və hansı əsasla silir? Mənbə bildirir ki, bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun nəzarəti altında baş verir. Qanunlarımız sıravi vətəndaşla məmurlar arasında heç bir fərq qoymasa da, Ramiz Zeynalov bu üstünlüyü onlar üçün yaradıb və məmurlar istədikləri vaxt cərimələrini sildirə, bununla da dövlətin büdcəsinə ziyan vura bilirlər.

Qeyd edək ki, hələ bir neçə il əvvəl prezident İlham Əliyev bu məsələyə toxunaraq avtomobillərinə yazılmış cərimələri ödəməyən məmurlara xəbərdarlıq etmişdi. məhz dövlət başçısının bu xəbərdarlığından sonra məmurlar tərəfindən külli miqdarda cərimə ödənilmişdi. Onların arasında hətta nazirlərin belə olduğu bildirilir. Görünür yenidən prezidentin bu məsələyə müdaxilə etməsi vacibdir.

Qaynarinfo

Şərhlər

XƏBƏR LENTİ