SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Turist 40 min dollarlıq üzük uddu - Mağaza sahibi 11 saatdır gözləyir

Turist 40 min dollarlıq üzük uddu - Mağaza sahibi 11 saatdır gözləyir

Tarix:

4-10-2018, 19:25

/ 1 659 dəfə oxundu.
Turist 40 min dollarlıq üzük uddu - Mağaza sahibi 11 saatdır gözləyir

Türkiyənin Muğla şəhərində maraqlı hadisə yaşanıb.

Türkiyə mediasına istinadən xəbər veririk ki, 54 yaşlı İan Kamppel adlı irland turist müştəri kimi girdiyi qızıl dükanından 2,5 karat brilyant üzüyü oğurlayaraq udub. Oğurluq hadisəsi müşahidə kameraları izləndikdən sonra üzə çıxıb. Xəstəxanada mədəsi və qalın bağırsağı rentgen edilən İanın udduğu üzüyün dəyəri 40 min dollardır.

Mağaza sahibi 11 saatdır brilyant üzüyün təbii yolla çıxması üçün xəstəxanada turistin başının üstündə nəzarət edir.

Həzm və ifraz prosesinin sürətlənməsi üçün Kamppelə müxtəlif dərmanlar verilib. Hər kəsi təəccübləndirən isə turistin olduqca rahat davranış sərgiləməsidir.

Şərhlər

XƏBƏR LENTİ