yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qüdrət Şükürovun həbsi gündəmdə...

Qüdrət Şükürovun həbsi gündəmdə...
4-10-2018, 13:03 141 dəfə baxılıb

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.

Unikal.org-a daxil olan məlumata görə, E.Əzizov bununla bağlı əmr imzalayıb. Q.Şükürovun yerinə isə hələlik təyinat yoxdur.

Xəbəri BakıŞəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, iki gün əvvəl Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb. BŞİH-nin mətbuat xidmətindən daxil olan məlumata görə, İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır.

Artıq, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Bakı şəhər Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lift-Təmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı iş Baş Prokurorluğa göndərilib.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ