SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əbülfəz Məlikovun adamları həbs oluna bilər - İDDİA

Əbülfəz Məlikovun adamları həbs oluna bilər - İDDİA

Tarix:

3-10-2018, 13:31

/ 1 506 dəfə oxundu.
Əbülfəz Məlikovun adamları həbs oluna bilər - İDDİA

Keçən günlərdə məlumat verərək bildirmişdik ki, zamanında gömrük sistemində at oynatmış və broker xidməti adı altında dövlət büdcəsindən milyonları yayındıraraq mənimsəmiş, hazırda "Gilan" Holdinqdə barınan və de-fakto "Meyvəli" bazarına rəhbərlik edən Əbülfəz Məlikovla yanaşı bu gün təhlükə altında olan həm də onun yaxın şevrəsidir. Belə ki, DİA.AZ-a danışan məlumatlı mənbə iddia edirdi ki, Əbülfəz Məlikov istənilən an həmin adamları hədəfə gətirə bilər.

Mənbənin söylədiklərini təkrar diqqətəgətiririk: "Əbulfəz Məlikovun muavinləri də özü kimi hal-hazırda qorxu içindədirlər. Keçmiş brokerin üç ən yaxın adamı var ki o admların adına hansı işlərin görüldüyü ortaya çıxarsa, bütün ölkə silkələnər. Söhbət Əbülfəz Məlikovun müavinləri olan Elşad İsgəndərov, Mehman Rüstəmov və Günel Səfərovadan gedir. Əgər huquq-muhafizə orqanları bu şəxslər haqqında araşdırma apararsa, ortaya ölkəni silkələyəcək maliyyə firildaqçılıqları, ölkədən müxtəlif yollarla oğurlanaraq çıxarılan milyonların haralara getdiyi məlum olacaq".

Verilən son informasiyalardan isə aydın olur ki, Əbülfəz Məlikova artıq həmin yaxın adamlarından gərəkən ismarıc göndərilib. Mənbənin iddia etdikləri: "Keçmiş brokerin nəzər-diqqətinə çatdırılıb ki, əgər onlara qarşı hansısa hüquqi addım atılarsa, o zaman onların heç biri Əbülfəz Məlikova görə, nələrisə boyunlarına götürməyəcəklər, nə varsa, istintaqa onu da danışacaqlar".

Məlumatı verən qaynaq iddia edir ki, söhbət qanunsuz yollarla əldə olunmuş milyonların aqibətindən gedir. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ