SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » DGK sədri ilə Əbülfəz Məlikovun arası dəyib? - İDDİA

DGK sədri ilə Əbülfəz Məlikovun arası dəyib? - İDDİA

Tarix:

2-10-2018, 12:04

/ 1 449 dəfə oxundu.
DGK sədri ilə Əbülfəz Məlikovun arası dəyib? - İDDİA

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə keçmiş broker, hazırda "Gilan" Holdinqdə aqrar sektora rəhbərlik edən və "Meyvəli" bazarının şəriklərindən olan Əbülfəz Məlikovun münasibətlərində gərginlik yaşanmaqdadır. Bu barədə danışan mənbə iddia edir ki, hər şey son zamanlar Səfər Mehdiyev-Əbülfəz Məlikov ilişgilərinin intensiv olaraq ictimailəşdirilməsinin ardından baş verməkdədir.

Mənbə bildirir ki, vəziyyət o qədər gərilib ki, hətta Səfər Mehdiyev keçmiş brokerə deyib ki, "bu medianı susdur..." Mənbənin bildirdikləri:

"Səfər Mehdiyev Əbülfəz Məlikovla pozuluşa bilər... Son günlər əlaqələri də yoxdur. Broker onunla əlaqəyə girmək istəsə də, DGK sədri imtina edir... Məsələ də media məsələsidir".

Onu da bildirək ki, Əbülfəz Məlikovun bəzi adamları barəsində hüquqi araşdırmaların aparılması da gündəmdədir. Bu barədə yaxın vaxtlarda daha dolğun bilgiləri təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ