yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Üç ildir deputatın adı dələduzluq işində: qurbanlar artır, istintaq isə...

Üç ildir deputatın adı dələduzluq işində: qurbanlar artır, istintaq isə...
28-09-2018, 21:38 333 dəfə baxılıb

Üç ildir ki, bu ölkənin deputatı Rafael Cəbrayılovun adı tikinti fırıldağında hallanır. Üç ildir bu ölkənin bir millət vəkilinin seçiciləri, ölkənin siyasəti, Qarabağ məsələsi ilə adı hallanmır.

Üç ildir ki, bu mandatın sahibi və qardaşına məxsus tikinti firması vətəndaşların başına oyunlar açır. Üç ildir ki, R.Cəbrayılov qədər heç bir deputatın adı dələduzluq işinə qarışmayıb.

Amma onlarla şikayətçi var, qarşı tərəf təkzib edir, işi ört-basdır etməyə çalışır, yeni-yeni şikayətçilər isə meydana çıxmaqdadır. Deməli, dələduzluq var və deputat mandatından istifadə edərək toxunulmaz qalıb, qardaşına cinayət işi açılmayıb.

Cahan.info-nun verdiyi məlumata görə, bu dəfə Bakı sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadılıblar.

Şikayətçinin vəkili Kamandar Nəsibov open.az-a bildirib ki, məsələ ilə bağlı dəfərlərlə Milli Məclisinin deputatı Rafael Cəbrayılovla danışsa da, müvəkillərin pulu qaytarılmayıb.

2009-cu ildə oğlu Fərid Əliyevlə birgə iş qurmaq istəyib: “Həmin ərəfədə uzun müddət tanıdığımız, ailəvi yaxınlıq etdiyimiz və ailə dostumuz olan Mirəhməd Abbasovla danışdıq.

Ona biznes qurmaq istədiyimizi dedim. Mirəhməd təkidlə qeyri-yaşayış sahəsi almağımızı, gələcəkdə də həmin sahəni icarəyə verib gəlir əldə edərək faydalanmaq imkanlarının olduğunu dedi. Mən ona dost kimi etibar etdiyim üçün onun bu işdə bizə kömək edəcəyi barədə vədlərinə inandım.

Mirəhməd faktiki olaraq onun və tələbə yoldaşı, Binəqədi rayonundan seçilmiş deputat Rafael Cəbrayılovla birgə inşa edildikləri Novxanı yolu ilə Mehdiabad-Fatmeyi yolunun kəsişməsində yerləşən 5 mərtəbəli binaların əlverişli variant olması barədə təklif verdi.

Həmçinin dedi ki, həmin binalar onlar tərəfindən inşa edilsə də rəsmi olaraq şirkətin direktor Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdur.

Mirəhmədin təkidli təklifini qəbul etdik və təklif olunan qeyri-yaşayış sahəsinə birgə baxış keçirdik. Baxış zamanı həmin binalarda ilkin inşaat işlərinə başlanılmışdı.

Mirəhmədlə birgə “Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə getdik. Həmin ofisdə Elşən və Mirəhmədə 150 min manat pul verdim və oğlum Fəridin adına müqavilə bağlandı. Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edildi.

Fəridin imzası olmadan Elşən Cəbrayılov tərəfindən imza edilərək möhürlənmiş müqaviləni evə apardım oğlum Fəridə imza etdikdən bir həftə sonra Mirməhməd müqaviləni gəlib mənim evimdən apardı”.

Məlumata görə, şikayətçi onu da qeyd edib ki, bir müddət sonra Mirəhəmədin qeyri-müəyyən cavabları onda şübhə oyadıb: “Mənə məxsus qeyri-yaşayış sahəsinin yanından keçəndə üzərində “satılır” yazısını gördüm.

Bu məsələni araşdırmaq üçün “Dərhal” MTK-nın ofisinə müraciət etdim. Ofisin Rasim adlı əməkdaşı məsələdən məlumatı olmadığını bildirdi və bu barədə Elşən Cəbrayılova müraciət etməyimi tövsiyə etdi.

Onun isə hazırda ölkə hüdudlarından kənarda olduğunu bildirdi. Həmin vaxtdan bəri mən Elşən Cəbrayılovu tapa bilmirəm. Aldadıldığımı başa düşdüm və məhkəməyə müraciət etdim”.

Şikayətçi bildirib ki, Binəqədi Rayon Məhkəməsi onun iddiasını təmin edib. Mirəhməd Abbasov millət vəkili Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib və bu günə qədər onları müxtəlif adlarla təhdid etməklə öhdəliklərini yerinə yetirməkdən yayınır.

Cahan.info xəbər verir ki, növbəti seçkidə R.Cəbrayılovun parlamentə buraxılacağı inandırıcı görünmür. Adı bu qədər dələduzluq işlərinə qarışmış deputat səksəkədədir.

Belə iddialar var ki, R.Cəbrayılovun deputatlıq fəaliyyəti bitdikdən sonra, növbəti seçki ərəfəsində "Dərhal" MMC ilə bağlı istintaq hərəkətləri aparılacağı, qardaşının məsuliyyətə cəlb olunacağı gözlənilir.

Deputatın adının "MTN işi"nə qarışmasına səbəb kimi, onun ləğv edilmiş nazirliyin keçmiş rəhbəri ilə biznes ortağı olması ilə bağlıdır.

Həmçinin o da iddia olunur ki, Rafael Cəbrayılovun Mahmudovla xaricdə də bir sıra bizensləri varmış. Üstəlik, onun deputat seçilməsində sabiq nazirin də bir sıra yardımları olub.

Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi.

E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”

Millixeber.com yazmışdı ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır.

Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur.

Baldızı isə Rusiyada erməni əri ilə yaşayır. http://legion.az/6011--sok-İddİa-millet-vekili-ermenilerle-qohumdur.html

Tikinti firmasının qurbanları ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ