SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İspaniyaya qaçan “broker” Əbülfəzin ayağında 6 milyard var - eksklüziv sensasiya...

İspaniyaya qaçan “broker” Əbülfəzin ayağında 6 milyard var - eksklüziv sensasiya...

Tarix:

27-09-2018, 10:20

/ 3 008 dəfə oxundu.
İspaniyaya qaçan “broker” Əbülfəzin ayağında 6 milyard var - eksklüziv sensasiya...

İspaniyaya qaçdığı xəbəri yayılan gömrüyün baş inhisarçısı “Broker” MMC rəhbəri Əbülfəz Məlikovun ayağında 6 milyard var

Bu haqda Cahan.info xəbər verir ki, bütövlükdə gömrükdə 24 milyardın hara sovrulmasının haqq-hesabı soruşulmağa başlanıb.

Məlumatlarda bildirilir ki, Ə.Məlikov onun 6 milyardına görə məsuliyyət daşıyır. Dövlət Gömrük Komitəsi rəhbərliyindəki dəyişikliklərdən sonra təftiş aparılır. Ə.Məlikov illərlə gömrükdə iş adamlarının dərisinə “saman təpən” monopolist olub.

Onun himayə edən qüvvələrin zəifləməsi, dayaqlarını itirməsi “broker” Əbülfəzi həbs təhlükəsi ilə üzləşdirib. Ondan 6 milyardı qəpiyinəcən qaytarması tələb olunur. Ona görə İspaniyada gizlənən Ə.Məlikovla bağlı qeyri-rəsmi istintaq hərəkətləri aparılması istisna edilmir.

Pia.az yazıb ki, uzun müddətdir qanunsuz pullarını xaricə daşıyan, orda bu pulların böyük əksəriyyətini “qanuniləşdirə” bilən Əbülfəz Məlikov artıq İspaniyada yerləşib. Hazırda isə onun Avropanın bir sıra ölkələrində qanuni fəaliyyət göstərən biznesləri mövcuddur.

Bu biznes şəbəkəsinin qanuniləşdirilməsində isə xalası oğlu Anar Allahverdiyevin böyük rolu olub. Əbülfəz Məlikovun sağ əli olaraq bilinən və əsasən xaricə və ofşor zonalara pul köçürməklə məşğul olan Anar Allahverdiyev Azərbaycanda yüksək vəzifəli bir məmurun qızı ilə evlənib.

Qeyd edək ki, Anar Allahverdiyev əslən Şamaxı rayonundandır və onun biznes mühitində yüksəlişini xalası oğlu Əbülfəz Məlikov təmin edib.

Məhz Anar Allahverdiyevin apardığı qarışıq bank əməliyyatlarından sonra Əbülfəz Məlikovun “çirkli pulları” yuyularaq Avropaya daşınıb.

Lakin buna baxmayaraq Əbülfəz Məlikovun əsas varidiatının hələ də Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşir və bu varidatı əslində “yarıyuyulmuş” hesab eləmək olar.

Son günlər ölkə mətbuatı da Əbülfəz Məlikovun Türkiyədə milyonlarla dəyəri olan daşınmaz əmlak alması barədə məlumatlar yazır.

Cahan.info xəbər verir ki, dia.az-a mötəbər qaynaqdan daxil olan informasiyada qeyd olunur ki, Əbülfəz Məlikovun muavinləri də özü kimi hal-hazırda qorxu içindədirlər.

Mənbənin söylədikləri: "Keçmiş brokerin üç ən yaxın adamı var ki o admların adına hansı işlərin görüldüyü ortaya çıxarsa, bütün ölkə silkələnər.Söhbət Əbülfəz Məlikovun müavinləri olan Elşad İsgəndərov, Mehman Rüstəmov və Günel Səfərovadan gedir.

Əgər huquq-muhafizə orqanları bu şəxslər haqqında araşdırma apararsa, ortaya ölkəni silkələyəcək maliyyə firildaqçılıqları, ölkədən müxtəlif yollarla oğurlanaraq çıxarılan milyonların haralara getdiyi məlum olacaq".

Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə 4 il öncə ləğv edilən "RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə "Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğuMənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir.

Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir. Onun "Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var.

Əbülfəz Məlikov 2006-cı ildə yaradılan «Trans Broker» MMC adlı quruma rəhbərlik etməyə başlayıb. Məhz həmin il Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədri vəzifəsindən Fövqəladə Hallar Naziri vəzifəsinə sıçrayış etdi.

Onun yerinə fövqəlnazirin komandasından olan Aydın Əliyev təyin olundu. Lakin Kəmaləddin Heydərov Gömrük sistemini və orda dövr edən qara pulları tam nəzarətində saxlamaq üçün alternativ sistemi yaratdı – "Trans Broker”.

"Trans Broker” – sahibkarların qorxunc röyası, çirkli milyardlar Qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən "Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb.

Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır.

Şərhlər

XƏBƏR LENTİ